Sərnişin gəmiləri


Sükanların konstruksiyaları. Xüsusi sükanlar və köməkçi sükan qurluşları



Yüklə 163,7 Kb.
səhifə31/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   27   28   29   30   31   32   33   34   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Sükanların konstruksiyaları. Xüsusi sükanlar və köməkçi sükan qurluşları (подруливающие устройства).
Dəniz gəmilərində istifadə edilən sükanları iki əsas tipə bölmək olan qeyri balansir (adi) və balansir.
Qeyri balansir sükanlar onunla xarakterik olunurlar ki, pərin bütün müstəvisi fırlanma oxundan bir tərəfdə yerləş­mişdir.
Ən sadəsi köhnə quruluşlu gəmilərdə geniş istifadə olunan düz qeyri balansir sükandır (şək.42a).


Şəkil 42. Qeyri balansir sükanlar: a) düz; b) sürüşkən; 1) sükanın pəri; 2) ruderpis; 3) qabırqa; 4) flans birləşməsi5) baller;
6) helmport borusu; 7) axlar; 8) ilməklər; 9) ruderpost;
10) axterştevnin dabanın; 11) oxları müdafiə edən örtüklər

Sükanın pəri hər iki tərəfindən qabırqalarla bərkidilmiş qalınlığı 20-30 mm polad plastinkadan ibarətdir. Qabırqalar pəri fırlanma oxundan keçən sükanın qalın vertikal hissəsindən ruderpis ilə birləşdirir. Ruderpisdə oxlarla bərkidilmiş bir neçə dövrələr var. Sükan ruderpostun dövrələrinə salınır. Sükanın ağırlığını mənimsəyən dayaq axterştevinin dabanında olur.


Ruderpis baller ilə xüsusi flans ilə birləşdirilir.
Hal-hazırda sürüşkən qeyri balansir sükanlardan (şək.42b) geniş istifadə olunur. Sükanın pəri plastindən yox təbəqəli poladdan üz vurulmuş ramkadan ibarətdir. Sürüşkən sükanlar axterşteven və baller ilə düz sükanlarda olan kimi birləşirlər.
Qeyri balansir sükanların başqa sükanlara nisbətən ol­duq­ca möhkəm və sadə konstruksiyası olur, ona görə də ək­səriyyət gəmilərdə istifadə olunur. Xüsusilə, onlar həmişə buzda üzən gəmilərdə qoyulur. Gəmi geriyə hərəkət edərkən sü­kanı buz sınıqlarından müdafiə etmək üçün gəminin kor­pusunda sükanın arxasında xüsusi müdafiəedici çıxıntı olur.
Balansir sükanlar (şək.43) onunla fərqlənir ki, pərin bir səthi, təxminən bütün sahənin 20-30%-i fırlanma oxundan qabaqda yerləşmişdir. Bu cür sükanı hərəkətə gətirərkən qarşıdan gələn suyun axını özünün balansir hissəyə olan təzyiqi ilə sükanın hərəkətinə təsir edir və beləliklə sükan maşınının qüvvəsinin azalmasına imkan yaradır. Bu qiymətli xüsusiyyətin sayəsində balansir sükanları indiki gəmilərin əksəriyyətində istifadə olunur. Balansir sükanının axterşteven ilə bərkidilməsi cürbəcür üsullarla həyata keçirilir. Axterştevenin ruderpostsuz yerinə yetirilməsinin konstruksiyası geniş istifadə olunur və sükanın ancaq iki dayağı olur; yuxarıya və aşağıya. Sükanın aşağı dayağı axterştevenin dabanı, yuxarıda isə ilmə petlə və yaxud ballerin podşopniki.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin