Sərnişin gəmiləri


Xüsusi sükanlar və köməkçi sükan quruluşları



Yüklə 163,7 Kb.
səhifə32/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   28   29   30   31   32   33   34   35   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Xüsusi sükanlar və köməkçi sükan quruluşları. Adi sükanların çox mühüm mənfi cəhətləri onların kiçik və geriyə hərəkətlərdə az təsirli olmasıdır. Yaxşı manevr keyfiyyətlərini təmin etmək üçün xüsusi vəsaitlərdən istifadə edirlər. Bu və­saitlərə aktiv sükanlar, döndərici massiv halqalar (поворотная насадка) burun sükanları, köməkçi sükan quruluşları aiddir.
Aktiv sükanlar. Bu sükanları böyük nəqliyyat gəmi­lərində qoyurlar. Dar keçidlərdə hərəkət edərkən gəmilərin manevr etməsini asanlaşdırır, liman buksirlərinin köməyi olmadan onların körpüyə bağlanmasını icra edir. Bundan başqa onlar üzüşün təhlükəsizliyini artırırlar.
Başqa konstruksiyalarda axterştevenin salıb, çıxarılan ruderpostu olur və sükanın fırlanma oxunu əvəz edir.
Hal-hazırda sürətli gəmilərdə aşağı dayağı olmayan balansir yarımasmalı sükanlar istifadə olunur.


Şəkil 43. Balansir sükanlar: a) sadə; b) yarımasmalı (yarımbalansir); b) asılma 1-baller; 2-sükanın balansir hissəsi;
3-axterştevnin dabanı

Bunlar da yarımbalansir sükanlar adlanır. Bütün balansir sükanları qaydaya görə sürüşkən olurlar.


Döndərici massiv halqalar yedək gəmilərində adi sü­kanların əvəzinə istifadə edilir. Massiv halqa ballerə bərkidilir. Onu döndərərkən avarlı vintin geriyə atdığı suyun axını isti­qamətini dəyişdirir, beləliklə gəminin dönməsi təmin olunur.
Burun sükanları bərələrdə və bəzi başqa gəmilərdə geriyə hərəkətin idarə olunmasını artırmaq üçün əsas sükanlara əlavə olaraq qoyulur.
Köməkçi sükan quruluşları geriyə hərəkət edərkən gəminin idarə olunmasını artırmaq üçün bərələrdə və bir çox başqa gəmilərdə həmçinin əsas sükanlara əlavə olaraq qoyulur. Onlar gəminin burun hissəsində və yaxud eyni vaxtda həm burun həm də kormada qoyulur. Köməkçi sükan quruluşları üfüqü borudur. Borunun daxilində elektrik ötürücüsü ilə işləyən avarlı vint qoyulmuşdur. Vint elektromotor vasitəsilə hərəkətə gətirilir.


16. Lövbər qurluşu.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin