Lövbər quruluşunun vəzifəsi və hissələri
Lövbər quruluşu reyddə və yaxud dənizdə gəmini yerində saxlamaq üçün istifadə olunur (şək.44). Bundan başqa bu quruluş körpüyə yan alarkən bir tormoz kimi və yaxud gəmini meldən çıxarakən və bir çox səbəblərə görə istifadə oluna bilər. Lövbər quruluşunun tərkibinə gəmi lövbərləri, lövbər zəncirləri, lövbər mexanizmləri, klyuzlar, zəncir yeşiki, stoporlar, ehtiyat detalları daxildir.
Lövbər quruluşu gəminin burun hissəsində yerləşdirilir, buzqıranlarda, yedəklərdə, böyük nəqliyyat və ekspedisiya gəmilərində onlar kormada da olurlar.
Gəmini yerində saxlamaq üçün gəmi ilə möhkəm zəncirlə birləşdirilmiş lövbəri artırlar. Zəncir lentli stoporla təchiz edilmiş brişpilin köməyi ilə gəmidə saxlanılır.
Lövbərlər və lövbər zəncirləri – lövbərlərin kütləsi, sayı, lövbər zəncirlərinin uzunluğu və kalibri, gəminin tipi, onun uzunluğu, eni bortun hündürlüyü və üzmə rayonu Reqistrin qaydalarına görə təyin edilir. Dəniz gəmiləri kütləsi və tipi eyni olan iki duruş və bir ehtiyat lövbərlərindən, həmçinin bir neçə köməkçi lövbərlərlə (duruş lövbərinin kütləsi 0,3-dən 7 tona qədər) təchiz olunurlar. Köməkçi lövbər-lərin ən böyüyünə stopanker deyilir və kütləsi duruş lövbərinin üçdə biri qədər olur. Verpin kütləsi (kiçik köməkçi lövbər) stopankerin kütləsinin yarısına bərabərdir.
Şəkil 44. lövbər quruluşunun sxeması: 1) braşpil; 2) stopor;
3) göyərtə klyuzu; 4) lövbər klyuzu; 5) lövbər; 6) lövbər zənciri;
7) göyərtə klyuzu; 8) ənvaka-qalsə tez vermək üçün quruluş
Duruş lövbərləri gəmiləri qoymaq, köməkçiləri isə saydan («mel»-dən) çıxarmaq və yaxud duruş lövbəri ilə birlikdə küləyə görə gəmini hər hansı vəziyyətdə saxlamaq (bortların birində yırğalanmanı azaltmaq üçün) üçün istifadə edilir.
Əgər klyuzların birisində heç olmasa bir duruş lövbəri olmasa gəminin dənizə çıxmasına icazə verilmir.
Gəmi lövbərlərinin bir neçə tipi olur. Onların ən geniş istifadə olunanları Admirallıq, Xolla, Matrosov və s. lövbərlərdir.
Dostları ilə paylaş: |