Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə66/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   62   63   64   65   66   67   68   69   ...   101
­
Kitabın mühafizəçisi
Ey bəxti gətirən yabançı, oyan! Məqsədini yəqin ki anlamısan artıq.”

Susuzluğum boğazımı sanki kəlbətinlə sıxdığı vaxt, günəş də bir tə­rəfdən yandırıcı şüalarıyla məni yandırırdı. Mən kabus görən biri ki­mi yerimdə fısıldayırdım. Sanki oyanmaq üzrə ikən xəyal görən bir in­sa­nın yarı-yarımçıq eşitdiyi kimi, insan səsinə bənzəyən bir səs eşit­dim. Gözlərimi açdığım zaman yerdə yatdığımı və üstümə doğru əyil­miş qara bir insan kölgəsini gördüm. O dodaqlarımı su ilə isladırdı və ya­ralarımın üstündə qurumuş qanı təmizləyirdi.

O kök, gur saqqalı, qalın qaşlı, gözləri çuxurda və baxışları kəs­kin bir insan idi. Ancaq onun əllərinin təmasıyla sanki bir həssasiyyət və canlılıq hiss etməyə başladım. Yaşını təxmin etmək çətin idi. Nə­ha­yət onun köməyi ilə yerimdən qalxaraq oturdum və özümün belə eşidə bil­mədiyim bir səslə soruşdum:

Mən hardayam?

Minbər Təpəsində.

Bəs mağara hardadır?

Arxada.

Bəs zülmət, dibi görünməyən çuxur?

Qarşındadır.

Arxamı döndüyüm zaman mağaranın arxamda olduğunu, qa­ran­lıq, dibi görünməyən çuxurun isə qarşımda olduğunu gördüyüm an mə­ni dəhşət bürüdü. Anladım ki mən dərin çuxurun düz kənarında otur­­muşdum. Yanımdakı kişidən məni mağaraya aparmasını istədim. O da mənə canı könüldən yardım etdi.

Məni bu qaranlıq, dərin çuxurdan kim çıxartdı?

Əlbəttə ki, səni təpəyə qaldıran, dərin çuxurdan da çıxart­mış­dır.

O kimdir əcəba?

Dilimi bağlayıb, düz yüz əlli ildir ki, məni bu zirvəyə bağ­la­ya­nın özüdür.

Yoxsa sən sehirli rahibsən?

Bəli, mənəm.

Bəs axı sən danışırsan, amma o dilsiz idi.

Dilimi açdım.

Sən məndən heç qorxmursan və qaçmırsan. Amma o insan­lar­dan qaçarmış.

Düzdür, ancaq səndən deyil.

Axı sən daha əvvəl mənim üzümü görməmisən, sadəcə məndən qaçmadığını necə deyə bilirsən?

Düz yüz əlli ildir ki, sənin gəlişini gözləyirəm. Günahkar göz­lə­rimlə, bəlkə dağı dırmanıb bu təpəyə çıxan birinə rast gələr deyə Səv­van yoxuşunu pusulayıram. Soyuqda, istidə, gecə-gündüz; düz yüz ə­l­li ildir. Eyni sənin çılpaq, əsasız və azuqəsiz bu təpəyə qalxdığın ki­mi. Bir çox insan yoxuşdan bura dırmanmağa çalışdı, lakin onlardan heç biri bura gəlib çata bilmədi. Yoxuşdan deyil, başqa yollardan da bura gəlmək istəyənlərin heç biri çılpaq, azuqəsiz və əsasız gəlmədi.

Hər gün burdan sənə diqqət edirdim. Mağaraya çatdığında yor­ğu­nluğunu xəfiflətmək üçün gecə qalmağa icazə verdim. Dan yeri sö­kü­lərkən sənin yanına gəldim, amma sən nəfəs almırdın. Mən sənin ya­şa­yacağından heç də şübhə etmədim. İndi bax sən məndən daha can­lı­san. Yaşamaq üçün öldün sən! Mən isə, ölmək üçün yaşayıram.

Onun adını müqəddəs hesab etməyəcəksən? Hər şey dediyi və söz verdiyi kimi sonlandı. Belə idi və belə olmalı idi. Sənin o seçilmiş in­san olduğundan əminəm.

Kim?

Dünyaya yayması üçün bu təmiz kitabı əllərinə təslim edə­cə­yim bəxtəvər insan!

Bu nə kitabdır?

Onun kitabı! Mirdadın kitabı!

Mirdad! Mirdad kimdir axı?

Mümkün deyil ki, bu vaxta qədər Mirdadın adını eşitməyəsən. Çox maraqlıdır! Ayaqlarımın altındakı dünyadan və başımın üstündəki səmadan necə əmin isəm, onun adını da bu günə qədər bütün dünyanın bildiyindən əminəm. Ey yabançı, onun ayaqları bu torpaqlara dəydiyi üçün bu torpaqlar müqəddəsdir; onun ciyəri bu havanı tənəffüs etdiyi üçün bu hava müqəddəsdir; onun gözləri bu yerləri gördüyü üçün bu yerlər müqəddəsdir.

Rahib dərhal yerə əyildi. Dərin bir səmimiyyət içində üç dəfə torpağı öpdü və susdu. Bir az sakit durduqdan sonra dedim:

Sən Mirdad dediyin adamdan çox, özüm haqqında maraqlan­dı­rırsan məni.

Sənə izah edəcəyim hər şeyi anlaya bilmək üçün mənə diqqətlə qu­laq as. Adım Şəmadimdir. Doqquz yoldaşdan biri vəfat edikdən son­ra gəminin kapitanı mən oldum. Lakin ölmədən əvvəl qapıda bir ya­ban­çının mənimlə görüşmək istədiyini mənə söylənmişdi. İlahi təqdirin onu ölən yoldaşın əvəzinə göndərdiyini dərhal anlamışdım. Mən sevin­mə­liydim. Çünki Tanrı gəmini unutmamışdı, atamız Samın zamanından bə­ri hələ də gəmini qoruyurdu.

Elə o an, Nuhun ilk övladının gəmini inşa etməsinə aid insan­lar­dan eşitdiklərimin doğru olub olmadığını soruşmaq üçün onun sözünü kəs­dim. Cavabı qısa və qəti oldu.

Bəli, düzdür, – dedi və sözünə davam etdi.



Bəli, mən sevinməliydim. Lakin çox keçmədi ki, qəlbimdə sə­bə­bi­ni bilmədiyim bir rahatsızlıq hiss etdim. Onu hələ görmədən əvvəl ar­tıq o yabançı ilə mücadilə etməyə başladığımı anlaya bilmədim. Məhz buna görə, onu qəbul etməməklə müqəddəs adətləri pozacağımı və sanki Tanrının göndərdiyini rədd etmiş kimi olacağımı bilə-bilə, onu qəbul etməməyə qərar verdim.

Qapını açdım. Qapının arxasında hələ iyirmi beş yaşını bitir­mə­miş bir cavan gördüm. Lakin nəyə görə narahat olduğumu və niyə onu dər­hal öldürmək istədiyimi anlaya bilmirdim. Vücudu çox zəif idi. Acın­dan əti sümüyünə yapışmışdı, günəş və külək vücudunun hər tə­rə­fini yandırmışdı. Əlində özünü müdafiə edə biləcək bir əsası da yox idi. Ancaq gözündə və üzündəki işıq onu zirehli əsgərdən daha güclü və yaşından daha böyük göstərirdi. Vücudumun hər bir hissəsi ona sanki üsyan edirdi. Səbəbini soruşmayın! Bəlkə onun kəskin gözləri, ruhumu bürüyən pərdələri deşmiş və onu meydanda üryan buraxmışdı. Mən ru­hu­mun bir insan önündə ürya olmasından qorxmuşdum. Yaxud da onun paklığının mənim pisliklərimin pərdələrini parçalamasını və bü­tün ömrüm boyu əldə etdiyim bu pərdələrin parçalanıb yerə atılmasını görmək məni naharat etmişdi. Pislik pərdələri ilə hər zaman qürurla öyünmürmü? Bəlkə də ulduzlarımız arasında əvvəl gündən bəri bir düşmənlik vardı. Kim bilir? Kim bilir? Səbəbini ancaq o bilirdi.

Çox alçaq və qəddar bir səslə onu qəbul etməyimin imkansız ol­du­ğunu dedim və dərhal oranı tərk etməyini istədim. Lakin o, bunu edə­cəyinə, sakit səslə mənə nəsihət verməyə başladı. Vəziyyəti bir da­ha düşünməmi və qərar vermək üçün tələsməməmi istədi. Mən onun nə­si­hətini özümə təhqir kimi qəbul etdim və onun üzünə tüpürdüm. An­caq o mənə qarşılıq vermədi, soyuqqanlıqla yerində durdu. Sonra isə ya­vaş hərəkətlərlə üzündəki tüpürcəyi silib mənə yenə nəsihətlər ver­mə­yə başladı. O, üzündəki tüpürcəyi sildiyi zaman, sanki mənim üzüm­dən silirdi. Elə bil pərişan olmuşdum. Qəlbimin dərinliklərində, sanki sa­vaşda güc tərəzisində bərabər olmadığımızı, onun tərəzisinin ağır olduğunu hiss edirdim.

Lakin mənim qürurum da, bütün məğlub qürurlar kimi idi. Düş­mə­ninə zəfəri, ancaq yenilib ayaqlar altına düşdükdən sonra təslim edən qürurlara bənzəyirdi. Artıq sanki yabançıya təslim olurdum və onun hər istədiyinə izin verirdim. Lakin mən hələ də onu təhqir etmək və qürurunu incitmək istəyirdim. Bunu isə heç cürə edə bilmirdim.

Aramızdakı bütün bu mücadilələrdən sonra adam mənə tərəf dön­­dü və məndən bir az çörək və geyiləcək bir şeylər istədi. Zəfərimə ümid­ləndim bir anda. Çünki aclıq və soyuğu adama qarşı iki güclü müt­təfiq olaraq görmüşdüm. Ona kilsənin sədəqələrlə, hədiyyələrlə ya­şa­dığını, buna görə də ona sədəqə verilməyəcəyini deyib, acı bir dillə onun istəyini rədd etdim. Halbuki, yalan söyləmişdim. Çünki kilsə çox zən­gin idi. Həm də ac olan kimsəni və ya ehtiyac sahibini və yaxud da lüt olan birini geri qaytarmaq günahdır. Əslində adamı daha çox yal­vart­maq və yoxsullar kimi diləndirmək istəyirdim. Lakin o yalvarmırdı və dilənmirdi. Tərsinə, sanki haqqı varmış kimi istədiklərini əmr edir­di.

Aramızdakı mücadilə uzandı. Lakin aramızda bir rəqabət yox idi. Çünki zəfər əvvəlcədən onun tərəfində idi. Nəhayət məğlub oldu­ğu­mu bəlli etmədən mücadilədən uzaqlaşmanın yollarını axtarmağa baş­la­­dım və ona gəmiyə “yoldaş” olaraq deyil, bir xidmətçi kimi gəl­mə­si­ni təklif etdim. Fikirləşdim ki, “əgər dediyimi qəbul etsə, bu mənim üçün təsəlli, onun üçün isə zillət olacaq”. O ana qədər dilənənin o de­yil, mən olduğumu anlamamışdım. Təklifimi heç tərəddüd etmədən qə­bul etdi. Bu hərəkəti ilə sanki məni pərişan etmiş və mənə bir həya li­ba­sı geydirmişdi. Gəminin qapılarını onun üzünə açdığım zaman heç ağ­lıma gəlməzdi ki, o qapıları öz üzümə bağlamışdım. Son günə qədər, gə­minin kapitanının o deyil, mən olduğuma özümü inandırdım.

Ah! Mirdad, Mirdad, Şəmadimə nə etdin? Ah Şəmadim! Şəmadim, öz-özünə nələr etdin?




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin