Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə64/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   60   61   62   63   64   65   66   67   ...   101
Bunu dedikdən sonra böyük qoça baxdı:

Görürsənmi mənim dürüst qoçum, qismət necə də inanan kim­sə­nin ayağına gəlir! Heç vaxt şansdan ümidini üzmə! – deyə onunla danışdı.



Əlini çörəyə uzatdı və bir tikə aldı. Onun ac olduğunu düşün­dü­yüm üçün çox nəzakətlə və səmimiyyətlə ona dedim ki:

Bu kiçik payı aramızda bölüşək. Yanımdakı çörək mənə də ça­tar, sənə də. Hətta qoça da bir hissə verə bilərik.



Çoban sözüm bitən kimi ilk hissəni aldı. Bir loxma çeynədikdən son­ra onu keçilərə atdı. İkincini, üçüncünü,... altıncını hətta sonuncu da belə etdi. Elə təəccüblənmişdim ki, elə bil məni şimşək vurmuşdu və hir­simdən az qala partlayacaqdım. Ancaq ona qarşı çıxa biləcək ta­qə­timin olmadığını anladım. Öz-özümü sakitləşdirdim və təəccüblə ço­bana baxdım. Sonra bir az yal­va­rış­la, bir az da şikayətli bir səslə,

Aclığın və yorğunluğun məhv etdiyi bir adamın yeməyini ke­çi­yə verdin. İndi mənə bir az süd verə bilərsən? – deyə soruşdum.



Mənə üzünü çevirmədən:

Keçimin südündə dəliləri öldürən bir zəhər var. Mən isə ke­çi­lə­­rim­dən birinin də cinayət etməsini istəmirəm. Öldürülən sənin kimi dəli olsa da, – deyə cavab verdi.

Niyə mənim dəli olduğumu düşünürsən?

Çünki sən yeddi il davam edəcək səfər üçün yeddi tikə çörək götürmü−sən.

Yeddi min götürməliydim ki?

Xeyr! Bir tikə belə götürməməliydin.

İndi deməli sən mənə bir tikə yemək götürmədən, belə təhlükəli və uzun bir səfərə çıxmağımı tövsiyə edirsən?

Səyyahını yedirə bilməyən yolu getməyə dəyməz.

Yaxşı, demək aclıq başıma vurduğu zaman Səvvanı çeynəyim, su­suz­luqdan yandığım zaman da tərimi içim?

Sadəcə olaraq ətində səni yedirəcək şey var. Qanında da sənin susuzluğunu tələf edəcək şey var. Bu da yol!

Dostum, mənimlə zarafat edirsən, yoxsa məni ələ salmısan? Mən sə­nin bu sözlərinə cavab verməyəcəyəm. İnancıma görə çörəyimi ye­­yən hər kəs, məni acından ölməyə tərk etsə də, mənim qardaşımdır. Da­­ğın ətək­lərində günlər qısadır. Ona görə zirvəyə doğru yoluma da­vam etməliyəm. Zəhmət olmasa mənə oranın yaxın və ya uzaq ol­du­ğu­nu deyə bilərsənmi?

Doğrudan da məhv olmağına az qalıb” – dedi və neyini çal­ma­ğa baş­la­dı. Sonra isə arxasını mənə çevirib çıxıb getdi. Elə bil ipək xal­çanın üstündə gedirdi. Arxasınca qoç və keçi sürüsü onu izlədi. Mən­dən uzaqlaşan o qərib sü­rüyə baxdıqca, Səvvanın uğultusunu və san­­ki yerin dərinliklərindən yük­sə­lən bir fəryad kimi qulaqlarıma çin­lə­­dən neyin səsini dinlədim. Yal­nız­dım, ağlım qarışmış, əsəblərim də ye­rindən oynamışdı.

Bir az keçmişdi. Artıq aclığımı da unutmuşdum. İtirdiyim qə­rar­lı­lığımı və cəsarətimi yenidən əldə edə bilmək üçün özümə gəl­mə­liy­dim. Çünki əgər o səssiz, sürüşgən Səvvanda gecə qalası olsam, aşa­ğı­ya doğru sürüşməmək üçün gecəni keçirə biləcəyim etibarlı bir yer tap­malıydım. Bunun üçün dır­maş­­mağa başladım. Aşağı baxdığım za­man dağın böyük hissəsini dır­man­dı­ğı­mı gördüyümdə gözlərimə inana bil­mədim. Çünki yoxuşun ətəklərini görə bilmirdim. Təpə isə bir neçə metr yuxarıda idi.

Allaha çox şükür ki, gecə düşəndə, ortasında mağaraya oxşayan bir oyuğa sığındım. Bu qayalıq, zülmət kimi qaranlıq olan, dibi gö­rün­mə­yən bir çuxurun kənarında idi. Mağaranın ətrafındakı təhlükələr də o gecəni orada sığınmağıma mane ola bilmədi.

Ayaqqabılarımı çıxartmağa çalışdım. Bir də gördüm ki, bu səhər ge­­yin­diyim ayaqqabılardan indi sadəcə cırıq hissələr qalıb. O hissələr də qana bo­yanmış və ətimə yapışmışdı. Ayaqqabılarımı ətimdən qo­par­­dığım zaman ətim­dən hissələr də onunla qopurdu. Əllərim cızıq-cı­zıq idi. Dırnaqlarımın ət­rafı elə bil quru ağac qabığından sallanan zər şək­­lində idi. Paltarlarımın çox hissəsi Səvvanda qalmışdı. Yuxu­suz­luq­dan şüursuz kimi olmuşdum. Yat­maqdan başqa heç nə düşünə bi­l­mir­dim.

Bir dəqiqə, bir saat, yoxsa daha uzun müddət mürgülədiyimi xa­tır­laya bilmirəm. Tək yadımda qalan şey, məni qolumdan tutup çəkən bir qüvvəni hiss etdiyimdir. Tərif edə bilmədiyim bir yuxu və qorxu için­­də düzəlib otur­dum. Əlində zəif işıqlı lampa tutan çılpaq bir qızın ayaq üstə durduğunu gör­düyümdə çox qorxmuşdum. Çox gözəl bir üzü var­dı. Qızın yanında isə çox çirkin, yaşlı bir qadın əyilmiş vəziyyətdə durmuşdu. Məni qolumdan çəkən bu qadın idi. Onu gördüyüm an so­yuq tərlər axdı bədənimdən.

Görürsən balam, qismət inanan insanın necə də ayaqlarına gəlir! Şansdan ümidini kəsmə!



Yaşlı qadın jaketimi çıxara-çıxara belə deyirdi. Qorxudan, daha doğ­­ru­su, təəccübdən dilim tutulmuşdu. Bir şey demək istədim, ancaq de­yə bil­mə­dim; qadına qarşı çıxmaq istədim, ancaq taqətim yox idi. Mə­ni tərk edən ira­dəmdən boş yerə imdad diləyirdim. İradəm məni o yaş­lı qadının qol­la­rın­da iflic vurmuş biri kimi çarəsiz buraxmışdı. Ona bax­dığım zaman onu çu­xu­ra atmağı düşündüm. Lakin bunu etməyə gü­cüm yox idi.

Yaşlı qadın jaketimdən sonra əynimdəki hər şeyi bir-bir çıxardı. Nə­ha­yət, məni lüt buraxdı. Məndən çıxartdıqlarını qıza verirdi, qız isə onları ge­yi­­nir­di. Mən isə heç bir şey anlamadan bu mənzərəni seyr edirdim. Ma­ğa­ra­nın di­varında yaşlı qadın və qızın kölgəsi ilə üst-üstə gə­­lən kölgəmi gör­dü­yüm za­man, oynaqlarımda və damarlarımda do­la­şan bir diksinti hiss etdim və na­ra­hat olmağa başladım. Başıma gə­lən­lə­ri izah etməyə çalışdığım za­man isə, bu uğursuz vəziyyətdə ən çox eh­­tiyac hiss etdiyim nitqim tu­tul­muş­du. Nə­ha­yət bir neçə cəhddən son­ra dilim açıldı və dedim ki:

Ey qoca! Utanc hissini sən itirmisən, ancaq mən hələ itir­mə­mi­şəm. Mən çılpaq olduğum üçün, sənin kimi utancsız bir yaşlı qadının yanında belə utanıram. Bu tər-təmiz qızdan da son dərəcə utanıram.

O sənin utancına bürünəcək, sən də onun təmizliyinə!

Bir qızın yorğunluqdan məhv olmuş, bu yerdə və belə bir ge­cədə yolunu itirmiş bir adamın cındırlarına nə ehtiyacı ola bilər axı?

Yükünü azaltmaqla utancaqlığını xəfiflətmək istəyir bəlkə. Bəl­kə də isinmək üçün istəyir. Çünki onun anasının və atasının soyuqdan dişləri taqqıldayır.

Bəs onda soyuqdan mənim dişlərim bir-birinə dəyəndə mən nə edim? Sənin qəlbində heç mərhəmət yoxdurmu? Görmürsən ki, bu dün­yada paltarlarımdan başqa heç nəyim yoxdur.




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin