Şərq ruhunun Qərb həyatı


Ə L A V Ə M.Nüaymədən seçmələr



Yüklə 5,09 Mb.
səhifə61/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   57   58   59   60   61   62   63   64   ...   101
Ə L A V Ə

M.Nüaymədən seçmələr

Sonuncu gün”

kitabından

Ummu Zeydan! Ölümün nə olduğunu bilirsənmi?

Ölüm ölümdür oğlum. Bu nə sualdır?

Ölümü sevirsənmi?

Ölümü kim sevir ki? Kaş ki, ölüm olmasaydı!

Allahı sevirsənmi?

Allahı kim sevməz ki!

Vallah ölüm bəlasını bizə verən O-dur! Necə olur ki, O-nu həm se­vir­sən, həm də ölümdən nifrət edirsən?

Övladım, mən kiməm ki, Allahın iradəsini anlayım? Mən sadəcə Um­mu Zeydanam.

Həyatın nə olduğunu bilirsənmi?

Mən hara, həyatı bilmək hara?

Həyatı sevirsənmi?

Əlbəttə. Həyatı kim sevməz!

Bilmədiyin şeyi necə sevirsən?

Of ay oğlum! Bunları niyə soruşursan?

Ummu Zeydan! Zamanın nə olduğunu bilirsənmi?


Ölüm, səni bütün bunlardan qoruyacaq.

Çünki ölüm, ölümdən başqa hər şeyi yox edir.
Yemək və doğulmağın heç vaxt sonu olmaz. Görəsən həyat məhz özü-özünü yeyən, özü-özünü doğan böyük bir qurdcuq olduğu üçünmü sonsuza qədər davam edir? Görəsən həyat ölüm, ölüm də həyat ola bilərmi?
Ölümə “xoş gəldin, ölüm”, – deyib, qəlbindəki bu yükdən xilas ola biləsən kaş ki.

Qulaqlar yox olar, amma səslər yox olmaz.
Fəqət düşüncələrini, duyğularını və hərəkətlərini yox edə bilməz.
Sənin bədənin olan cihaz köhnələcək, amma sənin olan fikirlər, səslər və şəkillər qalacaq.
İndi mən sanki labirint içində bir labirint, hətta labirint içində bö­yük bir labirintəm! Sanki hər labirintdə xəzinəyə gedən bir xəzinə; bö­yük bir əsrarəngizliyə aparan möhtəşəm bir sirr var! Sanki təbəqə üstündə təbəqəyəm və ya midi qabığı içində bir mirvariyəm. Axırda isə görünməyən bir zərrəyə çevrilirəm. Mirvarinin bütün əsrarəngizliyi o zər­rənin içindədir. Belə hiss edirəm indi özümü. Əvvəllər heç vaxt hiss et­mədiyim duyğulardır bunlar!
Bəs güc nədir görəsən? Harada gizlidir bu güc? Sümüklərdə, əzə­lələrdə, qanda, düşüncədə, hisslərdə, yoxsa başa düşə bilmə­yə­cə­yi­miz başqa bir yerdə?
Sərçə ilanla öz arasındakı həmin döyüşdə özünün və balalarının hə­yatını xilas edən o gücü kimdən almışdı? Görəsən bu, ana sevgisi idi­mi? Bu ana sevgisi sümüklərdə, ətdə, yoxsa qanda gizlidir? Niyə sü­mük, ət və qan ayrı-ayrılıqda, ya da birlikdə, ancaq fövqəladə duy­ğular onları hərəkətə gətirəndə fövqəladə qəhrəmanlıq göstərə bilir?
Mən sürünə bilərəm, istədiyim kimi yeriyə bilərəm və qaça bi­lə­rəm. Hər üç vəziyyətdə də mən mənəm, sadəcə mən! Görəsən mənim ad­dımlarım sürətli ikən, onları daha da sürətli olmağa isti­qa­mət­lən­dirən kimdir? Düşüncələrimmi? Bəs bu əmri həyata keçirən kimdir?
Görəsən, düşüncəmin gücü sonlu və ya sonsuz bir şəkildə inkişaf edə bilərmi?
Dünən ancaq gözümün görə bildiyi qədər görə bilirdim. Gözlə­ri­min görə biləcəyi sahə, şahin gözlü olsam belə, üfüq xəttini keçə bil­mir­di. Halbuki bu gün gözlərimin görməyə qadir olmadığı həssas dün­ya­ları belə görə bilirəm. Çox uzaq və çox dərin dünyaları görə bili­rəm. Fəqət gözlərim, düşüncəm kömək etmədən əvvəl bütün bunları gö­rə bilmirdim. Düşüncəm olmasaydı, dünən gözlərimin görə biləcəyi sa­hənin xaricində qalan yerləri bu gün görə bilməzdim. Bu, dü­şün­cə­min sürəkli olaraq bir kəşf halında olduğunu göstərmirmi?
Düşüncəm davamlı olaraq kəşf halında olduğu müddətcə, onun bu kəşfində bu və ya başqa bir nöqtədə duracağını kim deyə bilər? Mə­nim düşüncəmin, düşünmək üçün materialı olduğu müddətcə hüdudları ola bilərmi? Onsuz da düşüncəm hüdudsuz olmaq üçün düşünməyə baş­ladı. Düşüncəm sərhədsizdirsə, bədənimə və digər bədənlərə edə­cək­lərinin sərhəddi yoxdur.
Mən yaşamaq istəyirəm! Qanımın hər damlası, sinəmdəki hər nə­fəs və bədənimin hər hüceyrəsi mənə bunu deyirdi.
Mirdadın kitabı”ndan


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin