Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə57/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   53   54   55   56   57   58   59   60   ...   101
İnsanın təxəyyülü və istənilən şeyin əldə edilməsi arasında fəza var ki, insan onu ancaq özünün ehtiraslı cəhdləri ilə keçə bilər.
Cənnət buradadır, bax, bu qapının arxasında, qonşu otaqdadır, ancaq mən açarı itirmişəm.

Bəlkə də sadəcə onu yerinə qoymamışam.
Sən korsan, mən isə kar və lal. Elə isə gəl əl-ələ tutaq və bir-birimizi anlamağa çalışaq.
İnsanın dəyəri onun nail olduğu ilə yox, daha çox onun nail ol­ma­ğa çalışdığı ilə ölçülür. Bizdən bəziləri mürəkkəbə bənzəyirik, di­gər­ləri – kağıza.

Birinin qaralığı olmasaydı, digərləri lal olardılar. Birinin ağlığı olmasaydı, digərləri kor olardı.
Sən mənə dinləmək ver, mən sənə səs.
Bizim ağlımız süngərdir, ürəyimiz axındır.

Qəribə deyilmi ki, bizlərin əksəriyyəti özünə çəkməyi axıb getməkdən üstün tutur?
Sən şərab içirsən ki, sərxoş olasan, mən içirəm ki, başqa bir şə­ra­bın sərxoşluğundan azad olam.

Mənim qabım boş olanda mən bununla barışıram; ancaq o yarı olanda, mən narazı qalıram.
Başqasının mahiyyəti onun sənə açdığında deyil, sənə aça bilmədiyində­dir.

Ona görə də, onu anlamaq istəyirsənsə, onun nə dediyini, yox, nə demədiyini eşit.
Mənim dediklərimin yarısı mənasız şeylərdir, ancaq mən onları ona görə deyirəm ki, digər yarısı sənə çatsın.
Yumor hissi uyğunluq hissinin olmasıdır.
Mənim tənhalığım insanlar mənim çərənçilik nöqsan­larımı tərif edib, susqun üstünlüklərimi tənqid edəndə doğuldu.
Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə, o, onun ağ­­lı ilə danışan filosof yaradır.
Həqiqəti həmişə bilmək lazımdır, inkar etmək bəzən.

Bizdə həqiqi olan sakitdir, süni olan isə dilli-dilavər.
Məndəki həyat səsi səndəki həyatın qulağına çatmır, ancaq tən­ha­lığı hiss etməmək üçün gəl danışaq.
Çoxdanışana ancaq lal həsəd aparır.
Əgər qış desə: «Bahar mənim qəlbimdədir», kim ona inanar?
Hər toxum bir ehtiraslı istəkdir.

Əgər sən doğurdan da gözünü açsaydın və ətrafa baxsaydın, öz surətini başqa surətlərdə görərdin.

Əgər sən qulaqlarını açıb dinləsəydin, öz səsini bütün səslərdə tanıyardın.
Biz iki nəfər olmalıyıq ki, həqiqəti kəşf edək: biri onu inkar et­mək üçün, digəri ona çatmaq üçün.
Bizim içimizdə söz dalğası qalxsa da, dərinliklərimiz daim sükut içindədir.
Bir çox təlim pəncərə şüşəsinə bənzəyir. Biz həqiqəti onun arxa­sın­dan görürük və elə o da bizi həqiqətdən aralayır.
Sən mənim ürəyimdə gizlənsən, mən səni çətinlik çək­mədən ta­pa­ram, ancaq sən öz qabığında gizlənsən, səni axtarmaq mənasızdır.

Kim özündə yazıçılıq əməyinə bir qabiliyyət hiss etsə (Allah bilir, nə üçün!), gərək biliyə, sənətə və sehirə malik olmalıdır – söz mu­si­qi­si­nin biliyinə, sadəlik sənətinə və oxuculara sevgi sehrinə.

Onlar bizim ürəkləri lələklərnən doldurub elə bilirlər ki, il­ham­la­nıblar.
Əgər ağac öz tərcümeyi-halını yazsaydı, o, hər hansı bir ölkənin tarixindən fərqlənməzdi.
Əgər mənə şeir yazmaq imkanı ilə yazılmamış şeirin vəcdi ara­sın­­da seçim etmək lazım gəlsə idi, mən ikincini seçərdim. Bu, daha yax­­şı şeiriyyətdir.
Ancaq sən mənim bir çox yaxınlarımla eyni fikirdəsən ki, mənim zöv­qüm yaxşı deyil.

Poeziya sadəcə söylənmiş bir fikir deyil. Bu, qanayan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir.
Şair taxtdan salınmış şahdır, öz sarayının külü üzərində oturub küldən surəti yenidən qurmağa çalışır.
Poeziya sevinc, ağrı, təəccüb və bir azca da lüğətdən sözlərin axınıdır.
Əgər sən gözəllik haqqında nəğmə oxusan, quru səhralıqda tam tən­halıqda olsan belə, səni eşidəcəklər.
İlham pərisi həmişə oxuyacaq; ilham pərisi heç vaxt izahat ver­mə­yəcək.

Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin