Ə L A V Ə
M.Nüaymədən seçmələr
“Sonuncu gün”
kitabından
− Ummu Zeydan! Ölümün nə olduğunu bilirsənmi?
− Ölüm ölümdür oğlum. Bu nə sualdır?
− Ölümü sevirsənmi?
− Ölümü kim sevir ki? Kaş ki, ölüm olmasaydı!
− Allahı sevirsənmi?
− Allahı kim sevməz ki!
− Vallah ölüm bəlasını bizə verən O-dur! Necə olur ki, O-nu həm sevirsən, həm də ölümdən nifrət edirsən?
− Övladım, mən kiməm ki, Allahın iradəsini anlayım? Mən sadəcə Ummu Zeydanam.
− Həyatın nə olduğunu bilirsənmi?
− Mən hara, həyatı bilmək hara?
− Həyatı sevirsənmi?
− Əlbəttə. Həyatı kim sevməz!
− Bilmədiyin şeyi necə sevirsən?
− Of ay oğlum! Bunları niyə soruşursan?
− Ummu Zeydan! Zamanın nə olduğunu bilirsənmi?
Ölüm, səni bütün bunlardan qoruyacaq.
Çünki ölüm, ölümdən başqa hər şeyi yox edir.
Yemək və doğulmağın heç vaxt sonu olmaz. Görəsən həyat məhz özü-özünü yeyən, özü-özünü doğan böyük bir qurdcuq olduğu üçünmü sonsuza qədər davam edir? Görəsən həyat ölüm, ölüm də həyat ola bilərmi?
Ölümə “xoş gəldin, ölüm”, – deyib, qəlbindəki bu yükdən xilas ola biləsən kaş ki.
Qulaqlar yox olar, amma səslər yox olmaz.
Fəqət düşüncələrini, duyğularını və hərəkətlərini yox edə bilməz.
Sənin bədənin olan cihaz köhnələcək, amma sənin olan fikirlər, səslər və şəkillər qalacaq.
İndi mən sanki labirint içində bir labirint, hətta labirint içində böyük bir labirintəm! Sanki hər labirintdə xəzinəyə gedən bir xəzinə; böyük bir əsrarəngizliyə aparan möhtəşəm bir sirr var! Sanki təbəqə üstündə təbəqəyəm və ya midi qabığı içində bir mirvariyəm. Axırda isə görünməyən bir zərrəyə çevrilirəm. Mirvarinin bütün əsrarəngizliyi o zərrənin içindədir. Belə hiss edirəm indi özümü. Əvvəllər heç vaxt hiss etmədiyim duyğulardır bunlar!
Bəs güc nədir görəsən? Harada gizlidir bu güc? Sümüklərdə, əzələlərdə, qanda, düşüncədə, hisslərdə, yoxsa başa düşə bilməyəcəyimiz başqa bir yerdə?
Sərçə ilanla öz arasındakı həmin döyüşdə özünün və balalarının həyatını xilas edən o gücü kimdən almışdı? Görəsən bu, ana sevgisi idimi? Bu ana sevgisi sümüklərdə, ətdə, yoxsa qanda gizlidir? Niyə sümük, ət və qan ayrı-ayrılıqda, ya da birlikdə, ancaq fövqəladə duyğular onları hərəkətə gətirəndə fövqəladə qəhrəmanlıq göstərə bilir?
Mən sürünə bilərəm, istədiyim kimi yeriyə bilərəm və qaça bilərəm. Hər üç vəziyyətdə də mən mənəm, sadəcə mən! Görəsən mənim addımlarım sürətli ikən, onları daha da sürətli olmağa istiqamətləndirən kimdir? Düşüncələrimmi? Bəs bu əmri həyata keçirən kimdir?
Görəsən, düşüncəmin gücü sonlu və ya sonsuz bir şəkildə inkişaf edə bilərmi?
Dünən ancaq gözümün görə bildiyi qədər görə bilirdim. Gözlərimin görə biləcəyi sahə, şahin gözlü olsam belə, üfüq xəttini keçə bilmirdi. Halbuki bu gün gözlərimin görməyə qadir olmadığı həssas dünyaları belə görə bilirəm. Çox uzaq və çox dərin dünyaları görə bilirəm. Fəqət gözlərim, düşüncəm kömək etmədən əvvəl bütün bunları görə bilmirdim. Düşüncəm olmasaydı, dünən gözlərimin görə biləcəyi sahənin xaricində qalan yerləri bu gün görə bilməzdim. Bu, düşüncəmin sürəkli olaraq bir kəşf halında olduğunu göstərmirmi?
Düşüncəm davamlı olaraq kəşf halında olduğu müddətcə, onun bu kəşfində bu və ya başqa bir nöqtədə duracağını kim deyə bilər? Mənim düşüncəmin, düşünmək üçün materialı olduğu müddətcə hüdudları ola bilərmi? Onsuz da düşüncəm hüdudsuz olmaq üçün düşünməyə başladı. Düşüncəm sərhədsizdirsə, bədənimə və digər bədənlərə edəcəklərinin sərhəddi yoxdur.
Mən yaşamaq istəyirəm! Qanımın hər damlası, sinəmdəki hər nəfəs və bədənimin hər hüceyrəsi mənə bunu deyirdi.
“Mirdadın kitabı”ndan
Dostları ilə paylaş: |