Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə63/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   59   60   61   62   63   64   65   66   ...   101
Səvvan yoxuşu
Ətəkləri qərbə doğru yayılan Minbər təpəsi dəniz səthindən min­lər­cə metr yüksəklikdə yerləşir. Qırılmış və tökülmüş daşlarla örtülü ge­niş sahəsi, uzaqdan baxan üçün əlçatmaz, çox böyük və qorxulu bir mən­zərə idi. Lakin ora tez-tez gedənlər orda iki yolun olduğundan da­nı­şırdılar: biri cənubda, di­gə­ri isə şimalda. Hər ikisi ölüm vadisinin də­rinlikləri arasında qıvrılan dar yol­lar idi. Eyni zamanda, mənə bu yollarla təpəyə çıxmanın təhlükəli ol­ma­dı­ğını da dedilər. Ancaq mən bu yolların heç biriylə təpəyə çıxmağı dü­şün­mür­düm. İki yol arasında suları qurumuş bir çay yatağı kimi dar və düz bir yoxuş görmüşdüm. Bu yoxuş təpənin zirvəsindən başlayır və ətəklərinə ya­xın bir yerdə bi­tir­di. Şəkli və yeri xoşuma gəldi və mənə zirvəyə çıxan ən yax­şı yol ki­mi göründü. Eyni zamanda, elə bil daxilən məni ona çəkən bir ca­zibə his­si vardı. Buna görə də bu yoldan təpəyə çıxmağa qərar verdim.

Qərarımı dağda yaşayanlardan birinə dediyim zaman göz­lə­rin­dən atəşlər saçaraq mənə dik-dik baxdı və əllərini bir birinə vuraraq:

Səvvan yoxuşu! Sənin üçün pis olacaq! Dəlilik etmə! Səndən əv­vəl çox insan bunu etmək istədi, ancaq heç kəs başına gələni an­lat­maq üçün geri dönə bilmədi. Səvvan yoxuşu! Amandır etmə! Aman!” – deyə bağırdı.



Bunu dedikdən sonra təpəyə qədər mənə rəhbərlik etmək üçün yal­varmağa başladı. Ancaq mən nəzakətlə onun yardımını rədd etdim. Qor­­xu­sunun nəyə görə mənə pis təsir etdiyini isə başa düşə bilmədim. Çün­ki məni qərarımdan döndərmək əvəzinə qərarımda daha da qə­ti­ləş­dirmişdi.

Bir səhər dan yeri söküldüyü an, yuxu meyxoşluğundan oyanıb, ço­­ma­ğı­mı və yeddi tikə çörəyimi götürdüm və Səvvan yoxuşuna çıxmaq üçün yo­la düzəldim. Gecənin son dəmləri, günün ilk işıqları və bir an üçün də olsa öz-özümü unudub sehirli rahibin sirrini öyrənmək üçün hiss etdiyim güclü is­təyim, elə bil ayaqlarıma güclü qanadlar, qanımı qaynadan bir qüvvə olmuşdu.

Qəlbimdə böyük bir inanc və ümidlə yola çıxdım. Ancaq yoxuşun ətək­­lərinə çatmadan həvəsim boğazımda qaldı. Sevinclə getdiyim yol­da bir müd­dət sonra özümü həll edilməsi mümkün olmayan bir tap­ma­canın içində tap­dım. Uzaqdan mənə düzgün və doğru bir yol kimi gö­rü­nən yoxuş, əslində aşılması çətin və dik bir yol imiş.

O dik yolun qarşısında təəccüblü baxışlarla dayanmışdım və ət­ra­­fa nə­zər salmağa başlamışdım. Ancaq hələ də zirvəni görə bil­mir­dim. Hara bax­sam ətrafda həyat izi tapa bilmirdim. Səvvan yoxuşunda gö­rdüyüm tək şey, fərq­li həcm və şəkilli cınqıl daşları idi. Bəziləri kəs­kin qılınc kimi bə­zi­ləri də iynə kimi, idilər. Elə bil bir cin ordusu dağın o tərəfinə yayılmışdı. Sonra da oranı qorxu və dəhşət verici, səssiz, qap­qara kəfənlərə bürümüşdü. Zirvəni yoxuşun ətəklərindən görə bil­mirdim.

Hələ də əzmli idim. Yoxuşdan çıxmağıma mane olmaq istəyən ada­­mı xatırladım. Atəş çıxan gözləri ilə mənə baxırdı, ancaq məni məq­­sədimdən dön­dərə bilmirdi. Beləcə dırmaşmağa başladım. Lakin bir az sonra artıq bö­yük bir məsafə gedə bilməyəcəyimi anladım. Çün­ki cınqıllı Səvvan yoxuşu, ayaqlarımın altından sürüşürdükcə milyon­lar­­la ağızdan çıxan hənirti kimi qorxulu səslər ətrafı bürüyürdü. Bir az da­­ha gedə bilmək üçün əllərimin və dizlərimin köməyindən istifadə et­mə­liydim. O zaman, kaş ki keçi kimi yüngül olsaydım, deyə düşündüm.

Özümə bir an belə dinlənmək üçün zaman vermədim, qısa-qısa ad­dım­lar­la yoxuşu çıxırdım. Birdən zirvəyə çıxmadan o qorxunc, səs­siz ərazidə ge­cənin düşməsindən qorxmağa başladım. Geriyə dönmək fik­ri isə heç ağ­lı­mın ucundan belə keçmirdi.

Aclığımı hiss etdiyim zaman gün sona çatırdı. Yemə və içmə ağ­lı­ma gəl­­mədən, günün necə başa çatdığına və dağdakı yolu necə qət et­di­yimə mə­ət­təl qalmışdım. O an, yanımdakı yeddi tikə çörək − bir dəs­ma­la sarıyıb ya­nım­da götürdüyüm o yeddi tikə çörək − necə də qiy­mətli idi!

Durduğum yerdə əyləşdim; dəsmalı açdım və yeddi tikədən birini gö­­tür­­düm. Elə ilk loxmanı çeynəməyə başlamışdım ki, qulağıma zil və ney sə­si­nə bənzər, sanki bağırtı səsi kimi bir səs gəldi. O səs, Səvvanın ba­şında, qor­xunc bir səssizlik içində məni necə də qorxutmuş və ür­küt­müş­dü!

Çox keçmədi ki, yaxın bir təpənin üstündə keçidən böyük, qara bir qoç gördüm. Özümə hələ gəlməmişdim ki, ətrafımı hər tərəfdən ke­çi­lər bü­rü­­dü. Səvvan eyniylə mənim ayağımın altından sürüşdüyü kimi ke­çilərin də ayaq­­ları altında sürüşürdü. Ancaq mən sürüşdüyüm za­man çıxan qorxunc səs­­­lər eşidilmədən... və birdən elə bil çıxardığım sə­sə gələnlər kimi və elə bil on­larla görüşüm varmış kimi keçilər qoçun baş­çılığında mənə hücum et­mə­yə başladılar. Necə oldu və hardan gəl­dik­­lərini başa düşmədim, ancaq ço­ban­ın səsi olmasaydı çörəyi əlimdən qa­­pacaqdılar. Çoban qarşımda durdu. Əy­nində önünü örtən dəri bir ön­lük­­dən başqa heç nə yox idi. Əlində isə sa­də­cə ney var idi. Onu başdan ayağa süzdüm. Uzun boylu və üzündən sağlıq, nə­şə və qüvvət tökülən bir gənc idi. Danışa bilmək üçün hələ özümə gəl­mə­miş­dim ki, onun incə bir səslə və səmimi gülümsəməsiylə danışdığını eşitdim:

Qoçumun etdiklərinə baxma! Bir az ərköyündür. Çörək olanda ona çörək yedirirəm həmişə. Çörək yeyən birini görməyəli aylardır




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin