Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə71/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   67   68   69   70   71   72   73   74   ...   101
Mükəmməl söz
Mirdad: “Mən dedikcə qəlblərinizlə də `Tanrım, bizi Mən-in afət­lə­rindən qurtar! Mən-in xoşbəxtliyinə çatdır bizi` − deyin” − deyib sözə başladı .

Bu söz, kiçik olmağına baxmayaraq, bütün sözlərin özlərinin mö­hür­ləndiyi sirli bir qab kimidir. Möhürünü bir dəfə qaldırdığınız za­man, ağzınız gözəl qoxar, dilləriniz dadlanar və danışmalarınızdakı bü­­­tün sözlərə həyatın öz işığı əks olar. Lakin əgər onu möhürlü halda is­­ti­fadə etsəniz, o zaman ağzınız pis qoxar, dilləriniz acı olar və da­nış­ma­­larınızdakı bütün sözlər ağzınızdan ölümün iltihabı ilə tələffüs edi­lər.

Ey rahiblər, çünki “Mən” sözü, mükəmməl sözdür. Ondakı o sir­li gücü dərk etmədiyiniz və o gücün əfəndiləri olmadığınız müddət için­də, zənginliyiniz kasıblıq deməkdir; sülhünüz isə savaş deməkdir. Yük­sək işıqlar altında uçmağı həyat etsəniz də, özünüzü həbsxananın qa­ran­lıqlarında titrək vəziyyətdə tapacaqsınız.

Ey rahiblər “Mən” varlıqla əlaqəli mücərrəd və səssiz olan hiss­lə­rinizin, konkret və danışan halıdır. Hiss edildiyi zaman, daxilinizdə eşi­dilməyən; baxıldığı zaman görünməyən şeydir. Halbuki gözlərinizin özü ilə baxdığınız zaman görülməyəni görərsiniz və yaxud da, qu­laq­larınızın özü ilə dinlədiyiniz zaman eşidilməyəni eşidərsiniz. Göz­lə­ri­ni­zin özü ilə görmədiyiniz və qulaqlarınızın özü ilə eşitmədiyiniz müd­dət­cə, sonsuza qədər kor və kar olaraq qalacaqsınız.

Siz, “Mən” ilə fikirləşdiyiniz an, başınızda düşüncələrlə qarış­mış bir okean təşəkkül edəcək. Bu okean, həm təfəkkür edən, həm də tə­fəkkür edilən “Mən”in məhsuludur. Əgər düşüncələrinizdə incidici, yan­dırıcı və parçalayıcı nəsə varsa, bilin ki, siz onları dil ilə, atəş və pən­cə ilə silahlandırdınız.

Mirdad silahlana bilən insanın eyni zamanda silahı ata bilə­cə­yi­ni də bilməyinizi istəyir.

Yenə “Mən”i hiss etdiyiniz an, qəlblərinizdə hisslərlə dolu bir xə­­zinənin varlığını anlayarsınız. O xəzinəni sizin qəlblərinizə “Mən” yer­­ləşdirmişdir. “Mən” həm hiss edəndir, həm də hiss ediləndir. Əgər qəlb­lərinizdə tikan varsa, bilin ki, onu siz ora əkdiniz.

Mirdad bir şey əkə bilən insanın onu əkdiyi kimi qopara biləcəyini də bilməyinizi istəyir.

Yenə “Mən”i tələffüz etməklə, sanki dünyaya iylənmiş sözlərdən təşəkkül etmiş böyük bir ordu göndərirsiz. Bu iylənmiş sözlərin hər biri bir şeyin simvoludur. Hər şey də bir dünyaya işarətdir. Hər dünya da məhdudlanmayan bir kainatın ayrılmaz hissəsidir. O dünyanı eyni an­da yaradıcı və yaradılan “Mən” yaratmışdır. Əgər dünyanızda şeytan­lar varsa, bilin ki, onları siz yaratmısınız.

Mirdad yoxdan bir şey yarada bilənin yaratdığını təkrar yox edə biləcəyini bilmənizi istəyir. Yaradan necədirsə, yaradılan da elədir. Bi­rinin özündən daha böyük, ya da daha kiçik bir şeyi yaratması müm­kün­dürmü? Yaradan ancaq özünü yaradır, nə çox, nə də az.

Şübhə yoxdur ki, “Mən” hər şeyin coşqu ilə fışqırdığı və yenə hər şeyin ona döndüyü bir qaynaqdır. İçi boş olduğu halda, daşan bir qay­naq varmıdır? Qaynaq necədirsə, ondan axan da elədir.

Sehirbazın əsası necədirsə, “Mən” də elədir. Əcaba əsa sehir­baz­dan olandan çoxuna qadirdimi? Sehirbaz necədirsə, əsasındakı se­hir də elədir.

Ey rahiblər, eləsə “Mən” sizin varlığı hiss etmənizin doğru bir əks olunmasıdır. “Mən”in mənası açıq və göstərdiyi şey də aydın olar­sa, o zaman dünyanız da açıq və aydın olar. O zaman danışığınız heç vaxt sizə problem olmaz; etdiklərinizdə hüzn və kədər olmaz. Əgər “Mən”in mənası qapalı olsa və bir şeyi aydın olaraq göstərə bilməsə, o zaman danışığınız mürəkkəb olar, eyni zamanda etdikləriniz də sizi hüzn və kədərə tərk edər.

Əgər “Mən” sabit və müntəzəm olsa, dünyanız da sabit və mün­tə­­zəm olar. Siz də zamandan daha qüvvətli və məkandan daha geniş olar­­sınız. Lakin əgər, ardıcıl olmayan və dəyişən olsa, o zaman dün­ya­nız da elə olar. Siz isə günəşin girib dağıda bilmədiyi bir duman təpəsi ki­mi olarsınız.

Əgər “Mən” tək olsa, dünyanız da tək olar və bütün yerin və gö­yün orduları ilə əbədiyyətə qədər sülh şəraitində yaşayarsınız. Lakin əgər “Mən” çox olsa, dünyanız da çox olar və o zaman özünüzlə, Tan­rı­­nın sərhədsiz dünyasındakı bütün varlıqlarla əbədiyyətə qədər dö­yü­şər­siniz.

Mən” həyatınızın oxu və dünyanızdakı digər bütün varlıqların qa­­y­nağı olan bir mərkəzdir. Əgər bu mərkəz müntəzəm olarsa, dün­ya­nız da müntəzəm olar. Məhz o zaman, yerin və göyün bütün gücləri be­lə, sizin ahənginizi poza bilməz. Lakin mərkəz bu gün burda, sabah or­da və ertəsi gün isə başqa yerdə olsa, dünyanız da məyus olar, dağılar. O zaman güclü bir külək qarşısında bir yarpaq kimi olarsız.



Budur sizin dünyanız! Qərarsızlığında qərarlı olan bir dünya; qey­ri-müəyyənliyində müəyyən olan bir dünya; yoxluğu ilə var olan bir dünya və yarım halında bütün olan bir dünya...

Sizin dünyanız daim məzarlara çevriləcək beşiklər və beşiklərə çe­vriləcək məzarlar dünyasıdır. Gecələri udan ulduzlar dünyasıdır. Gün­düzləri qusan gecələr dünyasıdır. Müharibə edən atəşkəs dün­ya­sı­dır. Barış istəyən savaş dünyasıdır. Göz yaşları dənizində üzən tə­bəs­süm­lər dünyasıdır. Təbəssümlər paylayan gözyaşı dünyasıdır.

Daim doğuş sancıları çəkən bir dünyadır sizin dünyanız! Ya­nın­da­kı mamaça isə ölümdür.

Ələklər və süzgəclər dünyasıdır sizin dünyanız! Aranızda bir-bi­ri­nə bənzəyən iki ələkçi və iki süzgəcçi yoxdur! Siz bu dünyada ələn­mə­yəni ələməklə, süzgəcdən keçirilməyəni süzgəcdən keçirməklə boş ye­rə vaxt sərf edirsiniz.

Özündə bölünmüş bir dünyadır sizin dünyanız. Çünki da­xi­li­niz­də­ki “Mən” də özündə bölünmüşdür.

Maneələr dünyasıdır sizin dünyanız. Çünki sizdəki “Mən” də ma­­neələrlə doludur. O “Mən” özünə yad hesab etdiyi şeyləri xaric et­mək üçün özündən hesab etdiyi hər şeyi çəpərə alar. Ancaq o çəpərin için­­də qalan şey təəssüf ki, orada qalmayıb o çəpərin xaricinə yol aça bi­ləcəyini dərk edə bilməz. Çəpərin xaricindəki də onun xaricində qal­maz, daim çəpərin içinə girməyə çalışar. Çəpərin içindəki ilə xa­ri­cin­də­ki bir anadan doğulan əkizlər kimidir. O ana isə “Mən”dir.

Lakin siz əkizlərin bərabərliyinə sevinməkdənsə, əbəs bir iş ol­du­ğu­nu bilmədən, onları ayırmaq üçün cəhd edirsiniz. Səyinizi “Mən”in iki hissəsi arasındakı fərqi ortadan qaldırmağa sərf etməkdənsə, öm­rü­nü­zü “Mən” qəbul etdiyiniz və “Mən” zənn etdiyiniz “Mən”lərin ara­sı­­nı vurmağa çalışaraq, gündüzlərinizi və gecələrinizi boş yerə sərf edirsiniz.

Buna görə də, insanların söhbətləri zəhər kimidir. Gündüzlər hüzn­lərlə sərxoş, gecələr isə acılarla dolu keçər.

İnsanın “Mən”i iki hissəyə bölünmüş olduğu müddətcə, da­nış­dıq­ları anlaşılmaz olar və həyatı da hər zaman döyüş halında keçər.

Həqiqətən insan özündən başqa heç kimlə savaşmaz. Özü ilə sa­vaş­dığı vaxt əslində özündən başqa hesab etdiyi bütün varlıqlarla sa­va­şar.

İki ayrı şəxsiyyət; biri digərini çəpərin xaricinə tərk etmək üzrə öz ətrafını çəpərə aldığı müddətcə, necə firavan şəkildə bərabər ya­şa­ya bilərlər? İki ayrı şəxsiyyətin, bir “Mən”in tamamilə digər “Mən” ki­­mi olmadığı müddətcə anlaşması mümkündürmü? Daxilinizdəki “Mən”in ahəngi pozulmuş olduğu müddət ərzində sizin dünyanız ahən­­gini necə tamamlaya bilər?

Hörmətli rahiblər, Mirdad özünüzlə, insanlarla, bütün dünya ilə sülh içində yaşaya bilməniz üçün “Mən”inizdəki nöqsanı ortadan qal­dı­racaqdır.

Və yenə Mirdad anlayışın gözəlliyini dərk etməniz üçün “Mən”inizdəki bütün zəhərləri təmizləyəcəkdir.

Yenə Mirdad sizə ahəngin sirrini öyrənməniz üçün “Mən”i necə öl­çəcəyinizi də anladacaq.”

Mirdad yenə susdu. Hər kəsə səssizlik çökdü. Bu dəfə yenə də danışmağa ilk Mikayyun cəhd etdi.

- Mirdad, sənin dediklərində güclü bir motiv var. Qarşımızdakı qapıları açır, lakin eşiyin üzərində bizi tərk edir. Bizi eşikdən içəri sal!

Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin