Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə70/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   66   67   68   69   70   71   72   73   ...   101
Pərdə və möhür
O axşam, səkkiz nəfər nahar etmək üçün masanın ətrafında top­lan­­mışdılar. Mirdad isə, əmr gözləyərək yan tərəfdə ayaq üstündə dur­muşdu.

Yoldaş Şəmadim kapitan olduğu müddətdə etdiyi əməllərlə qü­rur­lanır, gəminin sərvətinə əlavə etdiyi sərvəti və gəmiyə qazandırdığı hör­mətə diqqət çəkmək üçün rəqəmləri sıralayırdı. Qürurlanarkən qru­pun ən qədim qaydalarından birinə zidd davranaraq “Mən” kəl­mə­si­ni tez-tez istifadə edirdi. Bu qayda danışarkən şəxs əvəzliyindən az is­tifadə etmək idi. Qrupdakı Mikayyun nəzakətli bir şəkildə kapitana xə­bərdarlıq etdi. Bundan dərhal sonra bu qayda haqqında, yəni bu qay­danın məqsədi, kim tərəfindən qoyulduğu, onun Nuh, yoxsa Sam ol­du­ğu ilə əlaqəli mübahisələr başladı. Mübahisə bir-birilərini tənqid et­mək­lə, günahlandırmaqla və sonunda qarışıqlıqla nəticələndi. Belə ki, sonda dinləyənin deyilənləri eşitməsi və anlaması mümkün olmurdu.

Bu zaman Şəmadim bu qarışıqlığı və səs-küyü sakitləşdirmək üçün Mirdada döndü və ona təhqir edici bir dillə;

Aramızda ataların atası olduğu halda, bizə nə düşüb biz mü­ba­hisə edirik. Bu söz qarışıqlığından bizi qurtarsana! – dedi.



Dərhal bütün gözlər Mirdada döndü. Mirdadın yeddi ildən sonra ilk dəfə ağzını açıb danışması bizi həm təəccübləndirmişdi, həm də se­vin­dirmişdi:

- Gəmi yoldaşlarım! Şəmadim təhqirənamiz şəkildə dilə gətirdiyi is­təyi ilə, elə bil Mirdadın uzun zamandır verdiyi qərarı əvvəlcədən bi­lir­di.

Mirdad insanlara və dünyaya dərs vermək üçün dodaqlarını yed­di möhürlə möhürlədi, üzünə də yeddi pərdə çəkdi. Dodaqlarınızdakı mö­hürləri necə qıracağınızı və üzünüzdəki pərdələri necə qaldıra­ca­ğı­nı­zı öyrəndiyiniz zaman sahib olduğunuz ucalığın dəyərini bilə­cək­si­niz.

Gözlərinizin önündə bir çox pərdə var. Buna görə siz hara bax­sa­nız, baxdığınız şey sizə pərdə kimi görünəcək.

Dodaqlarınız da bir çox möhürlə möhürlənmişdir. Buna görə han­sı kəlməni desəniz, dediyiniz kəlmə sizin dodaqlarınıza möhür vu­ra­caqdır.

Şəkil və növləri ilə bütün əşyalar həyatı bürüyən pərdə və be­şik­lər­dən ibarətdir. O zaman həyatın pərdələrinə və beşiklərinə baxan bir göz, bu pərdə və beşiklərdən başqa nə görə bilər?

Bəs kəlmələr? Kəlmələr də hərf və hecaların möhürlədiyi şeylər de­yilmidir? O zaman möhürdən başqa heç bir şeyi olmayan dodağın möhürsüz danışması mümkündürmü?

Gözlər, əşyaları bürüyə bilər. Lakin üzərindəki pərdələri qal­dır­ma­ğa gücü çatmaz.

Dodaq da əşyaları möhürləyə bilər. Lakin üzərindəki möhürləri qaldırmağa gücü çatmaz.

Birinin və ya digərinin, yəni göz və dodağın gücünün çatmadığı şey­ləri istəməyin. Birinin vəzifəsi əşyaları bürümək, digərininki isə on­la­rı möhürləməkdir. Onsuz da onların hər ikisi bir vücudun orqan­la­rı­na verdiyi vəzifələri ən gözəl şəkildə icra edirlər. O zaman, onların iki­si də eyni anda əşyaları bürüyər və möhürlər. Onlar sizləri eyni za­man­da pərdələrin arxasındakıları və möhürlərin altındakıları araş­dır­ma­ğa dəvət edərlər.

Yox əgər pərdələri cırıb atmaq istəyirsinizsə, o zaman sizə kirpik və qaşlarla təchiz edilmiş başqa gözlər lazımdır.

Möhürləri açmaq istəyirsinizsə, o zaman burunlarınızın altın­da­kı ətdən meydana gəlmiş dodaqlardan başqa bir dodağa ehtiyacınız ola­­caq.

Əşyaların həqiqi üzün görmək istəyirsinizsə, əvvəlcə gözün özü­nün həqiqi üzünü görməyi öyrənin. Buna görə gözlə deyil, gözün içi ilə baxın ki, gözün arxasında olanları görə biləsiz.

Əgər doğru danışmaq istəyirsinizsə, əvvəl dodağı və dili doğru da­nışdırmağı öyrənin. Bunun üçün dodaq və dil ilə deyil, dodağın və di­lin dərinlikləri ilə danışın. Danışın ki, dodaq və dilin arxasındakı bü­tün kəlmələri dilləndirə biləsiniz.

Əgər doğrunu görüb danışa bilsəydiniz, baxdığınız hər obyektdə özü­nüzdən başqa bir şey görmədiyinizi və hər dəfə danışdığınız zaman özü­nüzlə danışdığınızı anlayacaqdınız. Çünki, obyektlərin arxasında ona baxan, danışmanın arxasında da onu danışan kimsənin məhz özü vardır.

Bu səbəbdən, dünyanızın bir tapmaca olması, sizin tapmaca ol­du­­ğunuza görədir. Eyni zamanda, əgər danışmalarınız qarmaqarışıq və qaranlıqdırsa, bunun səbəbi yenə də sizin qarmaqarışıq və qaranlıq ol­manızdır.

Obyektləri öz təbii halına tərk edin və onları dəyişdirməyə ça­lış­ma­yın. Onlar, olduğunuz kimi göründüyünüz üçün, olduqları kimi gö­rü­nürlər. Onlar sizdən borc aldıqları görmə və danışma qabiliyyəti ilə gö­rür və danışırlar. Buna görə də onlar, sizinlə kobud danışsalar, sə­bə­bini öz dillərinizdə axtarın. Çirkinlikləri sizi narahat edirsə, o za­man sadəcə gözlərinizə baxmanız kifayət edər.

Obyektlərdən pərdələrini qaldırmağı istəməyin. Tam tərsinə, siz pərdələrinizi atın ki, obyektlər də pərdələrini atsınlar. Eyni zamanda onlardan möhürlərini də qaldırmağı istəməyin. Siz dodaqlarınızdakı möhürləri qaldırın ki, bütün möhürlər qalxsın.

Pərdə və möhürlərdən xilas olmanın açarı isə, dodaqlarınızdan heç əksik olmayacaq olan bir sözdür. O sözlərin ən böyüyü və eyni za­man­da ən kiçiyidir. Mirdad buna “mükəmməl söz” adını vermişdir.

Ustad söhbətini bitirdiyi zaman, gözləri həsrətlə dolmuş və da­nış­mağa susamış kimsələr misalı bizə sakitlik çökmüşdü. Nəhayət Mi­kay­yun səbri bitmiş, duyğuları alt-üst olmuş vəziyyətdə danışmağa başladı:

- Qulaqlarımız danışmağa həsrət qalmış və qəlblərimiz də o açar üçün darıxmışdır. Ey ataların atası, biz səndən danışmağı xahiş edirik. Lütfən danış!


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin