Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə78/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   74   75   76   77   78   79   80   81   ...   101
Dərdlərdən qurtuluş
Yolu bizə göstər! – Mikaster dedi.

Budur sizi dərddən və kədərdən qurtaracaq yol:



Düşüncələrinizin bütün kainatın görə biləcəyi və oxuya biləcəyi şə­kildə yer üzündə atəşdən olan hərflərlə yazıldığını düşünün. Əslində bu həqiqətən də belədir.

Sanki bütün dünya dediklərinizi eşidən bir qulaqmış kimi da­nı­şın. Əslində bu həqiqətən də belədir.

Bütün etdikləriniz sonda sizə dönəcəkmiş kimi çalışın. Əslində bu həqiqətən də belədir.

Sanki özünüzə arzu edirmiş kimi xahiş edin. Əslində bu həqiqətən də belədir.

Sanki Tanrınız sizin həyatınıza möhtacmış kimi həyatınızı ya­şa­yın. Əslində bu həqiqətən də belədir.

Nə vaxta qədər özünü bizdən gizlədəcək və bizi narahat qo­ya­caq­san? Sən bizimlə daha əvvəl heç bir insanın və kitabın danışmadığı bir dillə danışırsan, – dedi Himbal.

Özünü bizə tanıt ki, biz də səni hansı qulaqla dinləməliyik, bi­lək. Əgər sən, gözlədiyimiz doqquzuncu yoldaşsansa, bizə bir dəlil gös­tər ki, inanaq, – dedi Bennun.

Bir çox qulağınızın olduğunu etiraf etdiyin üçün sənə əhsənlər ol­sun, Bennun! Məhz buna görə də dinləyə bilmirsiniz. Əgər tək qu­la­ğı­nız olsaydı və eşitdiyinizi anlaya bilsəydiniz, heç bir dəlilə eh­ti­ya­cı­nız olmazdı.

Gözlənilən doqquzuncu yoldaş ənənələrimizə görə dünyanı mü­­hakimə etmək üçün gələcək. Biz gəmi yoldaşları mühakimə etmə kür­süsündə onunla bərabər oturacağıq. Bu cəza günü üçün indidən hazırlıqlara başlayaqmı?
Gözlərin pıçıltısı”

kitabından



Ey dəniz
Yorulmadınmı, bir irəli çalxanırsan, bir geri,

nə istəyirsən?

Hara gedirsən duracaq bilmədən?

Sanki sən də mənim kimi

iki könüllüsən; kölə və azad.

Biri qaçmaq istəyir o birindən,

amma qaçmaq imkansız!

Söylə, ey dəniz!

Səndə həm xoş,

həm bəd niyyətmi var?
Sükunətində güvənmi var,

dalğalarında ürkəklikmi?

Qabarman asan, çəkilişin çətin,

Alçalışın zillət, yüksəlişin qürurmu?

Səssizliyində hüzün, coşqunda müjdəmi var?
Söylə, ey dəniz,

Səndə həm xoş,

həm bəd niyyətmi var?
Durdum, gecə zil-qara,

dəniz bir irəli, bir geri,

dəniz cavab verdi mənə,

nə torpaq.

Gecə ağarmağa başlayanda,

və dan yeri söküləndə,

bir çay zümzüməsi gəldi qulağıma:

kainat bükülmə və açılmadır

insanlar içində yaxşılar da var, pislər də

dənizdə də qabarma və çəkilmə var!

Qovğa
Qəlbimə bir şeytan girdi

və bir mələk gördü orada.

Göz açıb qapayıncayadək

bir qovğa başladı aralarında.

İkisi də bu ev mənimdir deyir.

Mən onlara şahidlik edirəm

və hərəkətə gəlirəm

Tanrımdan soraraq.

Kainatda başqa Tanrı varmı?

Onunmu əli yaratdı qəlbimi,

yoxsa Sənin əlinmi?

Bu günədək özümü

şübhə və çaşqınlıq içində gördüm

qəlbimdəki məlunmu,

yoxsa bir mələkmi, bilmirəm.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin