Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə76/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   72   73   74   75   76   77   78   79   ...   101
Tufana aid
Gecə saat üç idi. Qapının açıldığını eşitdim. Bir də gördüm ki, Mikayyun fısıldayaraq mənimlə danışır.

Oyaqsan Neruvenda?

Mikayyun, bu gecə yuxum gəlmir.

Mənim də gözlərimdə yuxu yoxdur. Görəsən o yatır?

Ustadı deyirsən?

Bundan sonra “Ustad” deyəcəksən ona? Kim bilir, bəlkə də elə­­dir. Mən onun kim olduğunu öyrənənə qədər rahat ola bilmərəm. Gəl indi onun yanına gedək.



Yavaş-yavaş getməyə başladıq. Nəhayət Mirdadın otağına gəl­dik. Qapı açıq idi. İçəri daxil olduğumuzda, otağın ortasında düzgün sə­rilmiş bir yataqdan başqa heç nə görmədik. Yatağın üstündə divarın üst tərəfindəki pəncərədən içəri düşən ay ışığından başqa bir şey yox idi. O gecə o yatağa heç kəsin girmədiyi bəlli idi. Təəccüblənmişdik. Bir utanc hissi yaşadıq və ümidsizliyə qapıldıq. Şirin səsini eşidib, əzə­mət­li görünüşünü qapıda gördüyümüz an geriyə dönməyə ha­zır­la­şır­dıq.

Narahat olmayın! Rahat olun! Gecə bitmək üzrədir. Gecə bit­mək üzrə olduğu vaxt nə gədər də gözəl olur!



Mikayyun tədirgin və qısıq ifadələrlə,

Bu üzsüzlüyümüzü bağışla. Çünki bütün gecə yuxusuz qalmışıq, – dedi.

Yuxu doğrudan da, insanın özünü unutduğu kiçik bir zaman fəs­lidir. Sizin oyaq ikən özünüzdən keçməniz, kötük kimi yat­ma­ğı­nız­dan daha yaxşıdır. Deyin görək, Mirdaddan nə istəyirsiz?

Sənin kim olduğunu öyrənmək üçün gəldik. − dedi Mikayyun.

Mən insanlar üçün bir Tanrı, Tanrı üçün də bir insanam. İndi kim olduğumu bildinmi, Mikayyun?

Mənə elə gəlir ki, danışığında Tanrıya qarşı bir üsyan var sanki.

Mikayyunun Tanrısına qarşı bir üsyan ola bilər. Lakin Mir­da­dın Tanrısına isə əsla!

Məgər Tanrılar çoxdur, ya da Tanrıların sayı insanların sayı qədərdir ki, Mikayyunun Tanrısı və Mirdadın Tanrısı deyirsən?

Mikayyun, Tanrı çox deyil, birdir. Lakin insanların kölgələri hə­­lə də fərqli və müxtəlif növlərdədir. İnsan yer üzünə bir kölgə saldığı müd­­dətcə, Tanrısı da kölgəsinə paralel gedəcəkdir. Kim ki, parlaq bir işıq olsa, kölgəsiz olar. Tək Tanrını da sadəcə o bilər. Çünki Tanrı işıq­dır və işığı yalnız işıq bilər.

Mənimlə əsrarəngiz danışma. Çünki səni anlaya bilmirəm.

Yer üzündə hər şey arxasında kölgə çəkən bir insan üçün əs­ra­rən­­gizdir. Çünki o insan borc bir işığın altında gəzir. Bunun üçün də, köl­­­gəsinə ilişər. Anlayış işığı ilə tutuşan insanın heç vaxt kölgəsi ol­maz.

Mirdad yaxın zamanda kölgələrinizi toplayacaq və onları gü­nəş­də yandıracaq. Nə vaxt ki, haqqın işığı üstünüzə düşəcək, o zaman bü­tün sirlər dəlilə ehtiyac hiss etmədən parlaq həqiqətlər kimi sizə görü­nə­cək.

Bizə özündən danış! Bəlkə sənin həqiqi adını öyrəndiyimiz za­man, kimin oğlu və haralı olduğunu biləcəyik və bəlkə də indi an­la­maq­da çəkdiyimiz çətinliyi hiss etmədən səni başa düşəcəyik.

Ah Mikayyun! Ah Mikayyun! Sənin üçün Mirdadı insanların zəncirləri ilə zəncirləmək və onların örtüləri ilə örtmək, bir qartalı çıx­dı­ğı yumurta qabığına həbsetməkdən daha çətindir. Hansı isim “qa­bıq”­da olmayan insanı xarakterizə edə bilər? Hansı diyar, bir dün­ya­ya sığan insanı içinə ala bilər? İnsanın hansı əcdadı Tanrıdan baş­qa­sı­­na dözə bilər?

Mikayyun, əgər məni tanımaq istəyirsənsə, əvvəlcə özünü tanı!

Bəlkə də sən insan şəklində əfsanələrdən qalma bir xəyalsan.

Bəli, bir gün olacaq, insanlar “Mirdad əfsanələrdən başqa bir şey deyildi” deyəcəklər. Lakin siz bu əfsanənin insanların bildiyi bütün mü­hüm həqiqətlərdən daha doğru olduğunu yaxın zamanda anla­ya­caq­sınız.

Dünya bu gün Mirdadı düşünmür. Ancaq Mirdad hər zaman dün­yanı fikirləşir. Çox yaxın vaxtda bütün dünya düşüncələrilə Mir­da­da doğru hərəkət edəcəkdir.

Görəsən sən “Gəmi”yə, aramıza gizlicə qatılan doqquzuncu yoldaş ola bilərsənmi?

Mən boş şübhə zülmünə qarşı mücadilə edən hər gəmiyə sı­za­ram. Mən, məndən yardım istəyən hər kapitana kömək edər və sükanı əlin­dən alaram. Neçə dəfə qəlblərinizin, sizi tanımadığım halda, mən­dən kömək istəmək üçün fəryad etdiyini eşitdim. Mən, Mirdad, dünya ta­rixinin gördüyü ən böyük Tufandan dünyanı qurtarmanız üçün sizi qurtarmağa gəldim.

Başqa bir tufanmı var?

Xeyir, lakin dünyanı sular silib süpürəcək. Səma yerə enəcək. La­kin insanın əsərlərini yox etmək üçün deyil, Tanrını insanda gös­tər­mək üçün.

Amma bir neçə gün əvvəl səmada göy qurşağını gördük. Baş­qa bir tufandan necə danışa bilərsən bizə?

Sizə bəhs etdiyim və izləri yer üzündə görünən tufan Nuhun Tufanı ilə müqayisə edilməyəcək qədər qorxuncdur!

Baharın gözəlliklərini əks etdirən yer üzünün yerinə sular al­tın­da bir yer üzü! Təcrübəli biri tərəfindən idarə edilən yer üzü yerinə, qan­la qaynayan bir yer üzü!

O zaman demək ki, qiyaməti gözləyəcəyəm. Çünki bizə kitab­la­rı­mız və adət-ənənəmiz, doqquzuncunun gəlişinin qiyamətin xəbərçisi ol­duğunu deyir.

Yer üzünün silinəcəyi üçün narahat olmayın! Çünki yer üzü hə­lə gəncliyinin baharındadır və hələ çox münbitdir. O, sizin saya bi­lə­cəyinizdən çox nəsillər doyuracaqdır. İnsan da yox olacaq deyə na­rahat olmayın! Çünki o, yer üzünün əfəndisidir və yox olmayacaqdır!

Bəli. İnsan yox olmayacaq. Çünki o, tükənməyən bir qaynaqdır. O, qazana bir insan olaraq girəcək, bir ilah olaraq çıxacaqdır.

Diqqətli və hazır olun! Bir dəfə doydurduğunuzda sizi sonsuza qə­dər tox tutacaq o müqəddəs aclığı qəlblərinizin tanıması üçün göz­lə­ri­nizə, qulaqlarınıza və dillərinizə oruc tutdurun.

Acları doydura bilməniz üçün sonsuza qədər tox olmalısınız.

Gücsüzlərə və narahat olanlara kömək edə bilməniz üçün hər zaman güclü olmalısınız.

Qasırğaların dağıtdığı insanların sığınacağı olmanız və qasırğa ilə mücadilə etməniz üçün lazımlı təchizata sahib olmalısınız.

Qaranlıqda gedənlərin sizdən işıq alması üçün siz hər zaman aydınlıq olmalısınız.

Zəif, zəif üçün bir yükdür. Qüvvətli isə dağın çınqılı, dənizin də su­ları daşıdığı kimi, zəifi çiyinlərində daşıyır. Buna görə zəifləri araş­dı­rın. Çünki sizin gücünüzün qaynağı onların zəifliyidir.

Yoxsul, yoxsulun yoxsulluğunu artırar. Lakin yaxşılıq etmək is­tə­yən üçün yoxsul tapılmaz bir qaynaqdır. Buna görə yoxsulları araş­dı­rın. Sizin bolluğunuzun qaynağı onların kasıblığıdır.

Kor, kor üçün bir əngəldir; görən biri üçün isə, yol göstərəndir. Bu­na görə kor olanları da araşdırın. Sizin aydınlığınızın qaynağı on­la­rın qaranlığıdır.

O an Zemura qrupu səhər duasına çağırmaq üçün borunu üflədi.

Zemuranın borusu yeni günü elan edir. Daha doğrusu yeni bir möcüzəni. Siz bu möcüzədən sizdən əvvəlkilərin faydalandığından da­ha yaxşı faydalana bilməyəcəksiniz. Siz onu oturaraq, qalxaraq, bağır­saq­larınızı dolduraraq, boşaldaraq, dillərinizi boş sözlərlə yoraraq, edil­məməsi lazım olan şeyləri edərək, edilməsi lazım olanlara da la­geyd yanaşaraq, nəhayət, onu əsnəyərək öldürəcəksiniz!

O zaman, duaya getməyək?

Xeyir! Gedin! Öyrədildiyi kimi dua edin. Necə lazımdırsa və hansı şey üçünsə, gedin və dua edin! Gedin! Özünüzə təlimçi və əfəndi olana qədər; hər sözü bir duaya və hər işi də bir xeyir işə çevirincəyə qədər, sizə əmr olunan hər şeyi edin. Salamat qalın! İndi Mirdad sizin üçün yaxşı və bol bir səhər yeməyi hazırlamalıdır.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin