Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə72/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   68   69   70   71   72   73   74   75   ...   101
Üçlü tək tanrıçılıq

və mükəmməl tarazlıq
Sizin hər biriniz öz “mən”inizə diqqətinizi toplaya bilsəniz, o za­man yeganə əhatəli “mən”də toplanmış olacaqsınız ki, o “Mən” də Tan­rıdır. – dedi.

Ey rahiblər, Tanrının “mən”i əzəldən Tanrını ifadə edən yeganə söz­dür. Çünki sadəcə o sözdə Tanrı və ya o uca əvəzlik mövcuddur. Əgər o olmasaydı, Tanrı mütləq səssizlik içində qalacaqdı. Yaradan özü­nü onunla yaratdı. Şəkilsizlik, varlıqların “mən” ilə məcburi şə­kil­lə­nib yenə onunla şəkilsizliyə keçdiyi fərqli şəkillər qazandı. Tanrı “mən” ilə – heç bir sözün ifadə edə bilmədiyi zatı ilə – belə danışdı.

Hiss edilməyənin hiss edilən; hiss edilənin də hiss edilməyən ki­mi bilindiyi, ruh və maddə arasında o gizli birləşmənin tamamlandığı və ikisinin tək vücud halına gəldikləri o böyük sirr budur! Demək ki, Ta­nrı özünü hiss etdiyi və ya özünü düşündüyü və yaxud da özü ilə da­nış­dığı zaman, “mən” sözündən başqa bir kəlməyə ehtiyac hiss etməz. Bu­na görə “mən” sözü onun yeganə sözüdür. Məhz buna görə də “mən” mükəmməl bir sözdür.

Tanrı “mən” dediyi zaman hər şeyi demiş olur. Çünki görünən-gö­rünməyən heç bir dünya, doğan-doğmayan heç bir varlıq, keçmiş və ya gələcək heç bir zaman, ya da heç bir qum zərrəsi yoxdur ki, bu sözdə mövcud olmasın. Bütün varlıqlar ondandır. Var olan hər şey onunla yaşayır.

Lakin əgər sözün bir mənası olmasa, boşluqdakı səs kimi olar. Əgər məna aydın olmazsa və şərh edilməsi mümkün deyilsə, o zaman bo­ğaz xərçəngi ya da dil yarası kimi olar. Lakin Tanrının sözü heç vaxt nə boşluqdakı bir səs, nə boğazdakı bir xərçəng nə də dildəki yara ki­mi olmuşdur. Anlayış qabiliyyətindən məhrum olanlar isə xaric. Çün­ki anlayış sözü yaşadan və o söz ilə danışan arasında əlaqəni ya­ra­dan müqəddəs ruhdur. O, eynilə tərəzinin bir gözündə “birinci şəxs əvəz­liyi” və digər gözündə “söz” olan tərəzidəki mədən kimidir.

Birinci şəxs əvəzliyi”, “söz” və “anlayış ruhu”; ey rahiblər, var­­lığın təslisi budur! Tək olan üç söz bunlardır! Hər zaman üç olub, hər şeydə bərabər olan tək şey! Varlıqda və sonsuzluqda bəra­bər­dir­lər. Bir-birlərini tanıyırlar, bir-birlərini tamamlayırlar. Nə çoxalır, nə aza­lır, nə dəyişir, nə də fərqliləşirlər. Hər zaman sonsuz dinclik için­də­dirlər. Ey rahiblər, “mükəmməl tarazlıq” budur.



İnsan bu tarazlığa Tanrı adını vermişdir. Lakin əslində Tanrı sö­zü bir sözdən başqa, daha çox mükəmməl mənalar daşıyır. Tanrı mü­qəd­dəs bir isimdir. Müqəddəsləşdirdiyi o düşüncə də müqəddəsdir. İn­di, insan Tanrıdan gəlməmişsə, bəs onda hardan gəlmişdir? Bəlkə in­san Tanrıdan ayrı bir şey ola bilər? Meşə ağacı, meyvəsi olan palıdın içi­nə həbsedilmiş deyildirmi? Tanrı da insanın içinə yayılmış, onu əha­tə etmiş deyildirmi?

O zaman insan Tanrı kimidir. Üçlüdür. Özü də “əvəzlik”, “söz” və “anlayış”dır. Yenə insan Tanrı kimi yaradıcıdır. Yaratdığı da “mən”­dir. O zaman nə üçün Tanrı kimi balanslı deyil?

Bu sirrlərin cavablarını öyrənmək istəyirsənizsə, Mirdadın sizə deyəcəklərinə diqqətlə qulaq asın.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin