Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə74/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   70   71   72   73   74   75   76   77   ...   101
Qazanlar və ələklər
Tanrının sözü yaratdığı hər şeyi əridən, onları bir-birinə qarış­dı­ran və nəticədə tam bir birlik meydana gətirən qazandır. Bir şeyi nə qiy­mətinə görə qəbul edər, nə də qiymətsiz olduğu üçün rədd edər. Çün­ki O, sahib olduğu anlayış ruhuna görə bilir ki, yaratdığı hər şey bö­lün­məz bir bütündür. Çünki o yaratdıqlarından bir hissə atsa, özün­dən bir hissə atmış kimi olacaq. Onun vəzifəsi isə hər zaman birlik mey­dana gətirməkdir, məqsədi də hər zaman eyni olmuşdur.

İnsanın sözünə gəlincə; bir ələkdir insan sözü. O yaratdığı bəzi şey­ləri bir-birinə qarşı qızışdırıb, davamlı olaraq onları döyüşdürər. Özü­nə dost bildiklərini hər zaman seçib, düşmən olanları ələyər. Lakin çox keçməz, hər şey alt-üst olar və dünənin düşmənlərindən bu günün dostlarını seçməyə, bu günün dostlarından da sabahın düşmənlərini ələməyə başlayar.

Bax beləcə döyüş qığılcımı insan və nəfsi arasında daima tutuş­muş olaraq qalar. Döyüşmə nə qədər çirkin və nə qədər amansızdır! Elə deyilmi? Bu isə, özünün və yaratdığının bölünməz bir bütün ol­du­ğu­nu insana bildirənin sadəcə Ruhu`l-Qüds olduğuna görədir. Yenə in­sana sadəcə Ruhu`l-Qüds özünə düşmən gördüklərini ələməklə, özü­nə dost olanları ələmiş olduğunu izah edə bilər. Çünki “dost” və “düş­mən” sözlərinin ikisi də “mən” kəlməsinin yaratdıqlarından başqa bir şey deyildir. Biri olmasa, digəri də olmaz. Yaradılanı ələyin ki, yara­da­­nı da onunla birlikdə ələyə biləsiz. Bu, insanın hər zaman etdiyi əməl­­dir. Çünki o, hər zaman “mən”i ələyir, sonra da geri dönüb tək­rar ona sahib olur.

Özünüz üçün şər görüb, nifrət etdiyiniz və çölə atdığınız şeyi siz­dən başqaları özlərinə faydalı görüb mütləq alarlar. O zaman, bir şey ey­ni anda necə həm yaxşı, həm pis ola bilər? Əslində o nə pis, nə də yax­şıdır. Ancaq sizin “mən”iniz onu faydasız, sizdən başqa digər “mən” isə onu faydalı görmüşdür.

Mən sizə yarada bilənin yaratdığını ortadan qaldıra biləcək qüd­rət­də olduğunu söyləmədimmi? Düşmənçiliyi yaratdığınız kimi or­ta­dan qaldıra bilərsiniz. Yaxud da, onu yenidən yaradıb dosta dö­nüş­dü­rə bilərsiniz. Bunun üçün “mən”iniz ələk deyil, qazan olmalıdır. Yenə müt­ləq anlayış ruhuna sahib olmalısız.

Buna görə sizə deyirəm ki, dua etdiyiniz zaman, ilk əvvəl anlayış ru­hunu istəyin.

Dostlarım, ələkdən uzaq olun! Çünki Tanrının sözü həyatın özü­dür. Həyat isə, içindəki heç bir şeyin bölünə bilmədiyi bir bütündür; hər zaman tarazlıq içində olan bir bütün və yaradıcısı Müqəddəs Təs­li­sə layiq olan bir qazandır.

Dostlarım, ələkdən çəkinin! Nə zaman ki ələkdən imtina edə­cək­sə­niz, o zaman özünü hər şeyə nüfuz etmiş, hər şeyi əhatə etmiş kimi gö­rəcəksəniz.

Dostlarım ələkdən çəkinin! Sözünüzü dərk edə bilməniz üçün əv­vəl­­cə sözünüzün tərifini istəyin. Siz sözünüzün tərifini bildiyiniz müd­dət­cə, ələklərinizi atəşə atmış olacaqsınız. Çünki sizin sözünüz və Tan­rı­nın sözü birdir. Yeganə fərq Tanrının sözünün sərbəst, sizin sö­zü­nü­zün isə hələ də pərdəli olmasıdır.

Mirdad sizdən pərdələri atmanızı istəyir.

Tanrının sözü zamanla müqayisə edilməyən bir zaman; məkanla məhdudlaşdırıla bilməyən bir məkandır. O zaman, sizin sözünüzə nə olur ki, təqvimlərin və ölçülərin hüdudları içində qapalı qalır. Yoxsa, Tan­­rı ilə birlikdə olmadığınız bir zaman olmuşdur? Sizə nə olur ki, əzə­liliyi və əbədiliyi saat və mövsümlərin halqaları ilə qiymətləndirir, sə­manı qarış-qarış qəfəslə əhatə edirsiniz?

Tanrının sözü həyatdır. Doğulmamışdır. Buna görə ölümsüzdür və ölməyəcək. Sizin sözünüz isə, bir tərəfdən doğum, bir tərəfdən də ölüm ilə əhatə olunmuşdur. Siz sadəcə Tanrının həyatı ilə yaşamırsız? O zaman, ölümü bilməyən ölümün qaynağı necə ola bilər?

Tanrının sözü, əhatəli bir birlikdir. Onun pərdələri və qəfəsləri yoxdur. Ancaq sizin sözlərinizi pərdələr və qəfəslər parça-parça edir.

Siz, ey rahiblər, özünüzlə ən kiçik varlıq arasına tək bir maneə qoy­maqdan acizsiniz. Əgər əksini düşünürsünüzsə, o zaman özünüzü al­datmış olarsınız.

Mən sizə deyirəm ki, sizin ətləriniz və sümükləriniz sadəcə sizin ətləriniz və sümükləriniz deyildir. Kim sizin əllərinizlə ətlərinizi və sümüklərinizi yediyiniz, gec-tez onları geri verəcəyiniz səmanın və ye­rin dərinliklərinə batan əlləri saya bilər?

Sizin gözlərinizdəki işıq da sadəcə sizin işığınız deyildir. O, eyni zamanda günəşdə və kainatda sizə qatılan hər şeyin işığıdır. Mənim üzüm­dəki işıq olmasa, gözünüz mənim üzümü necə görə bilər? Mənim üzüm­dəki işıq məni görməyinizə; sizin üzünüzdəki işıq isə mənim sizi görməyimə imkan verir. Əgər mən zülmət olsaydım, gözləriniz mənə baxdığında zülmət bir qaranlıq görərdi.

Ciyərlərinizdəki nəfəsləriniz də sadəcə sizin nəfəsləriniz deyildir. Çünki siz daha əvvəl və ya indi havanı tənəffüs edən bütün kainatı tə­nəf­füs edirsiz. Adəmin nəfəsi hələ də ciyərlərinizə hava verirmi? Onun qəl­bi hələ də qəlblərinizdə vururmu?

Sizin sandığınız düşüncələriniz də sadəcə sizin düşüncələriniz de­­yildir. Onlar dünya düşüncə okeanının damlalarından başqa bir şey de­yildir. Hər düşünən düşündüklərinizdə şərikdir.

Xəyal etdikləriniz də sadəcə sizin xəyallarınız deyildir. Bütün dünya da sizin xəyal etdiklərinizi xəyal edər.

Qaldığınız ev də sadəcə sizin eviniz deyildir. Eyni zamanda sizin qonağınızın da evidir. Ağcaqanadın, siçanın, pişiyin və sizinlə evi bölüşən digər bütün varlıqların evidir.

O zaman maneələrdən çəkinin! Çünki siz sadəcə xəyalların və ba­­til olanın ətrafına çəpər çəkə bilərsiz. Həqiqəti isə çöldə qoyarsız. Özü­­nüzü çəpərin içində axtardığınız zaman boş şübhənin digər adı olan ölümdən başqa bir şey tapa bilməzsəniz.

Ey rahiblər! Tanrıdan, insan qardaşlarından və sözdən meydana gələn digər bütün varlıqlardan ayrılmayan varlıq insandır.

Siz tək hecalı olan Tanrının sözündəki hecalardan başqa bir şey deyilsiz. Sizin həyatınız ancaq onunla daimdir.

Tanrının sözü dəniz kimi; siz isə bulud kimisiz. Bulud dənizin ona verdikləri olmadan bulud ola bilərmi? Əbədiyyətə qədər şəklini qo­­­ruya bilmək üçün özünü buza həbs etməyə çalışaraq həyatını boş ke­çir­­məsi, nə qədər böyük axmaqlıqdır! Bu məntiqsiz hərəkət nəticəsində əzab çəkməkdən və məğlubiyyətə uğramaqdan başqa nə əldə etmək olar ki? Əgər o bulud düşünsəydi, özünü itirmədən tapa bilməyəcəyini an­layardı. Bulud bir bulud kimi azalıb dağılmadığı müddətcə, özündə, varlığının qaynağı olan o dənizi əsla tapa bilməyəcəkdi.

İnsan yalnız Tanrısını daşıyan bir buluddur. İnsan öz şəxsiyyə­tin­­dən imtina etmədiyi müddətcə, öz əsl şəxsiyyətini tapa bil­mə­yə­cək­dir. Özlərindən imtina edənlərə eşq olsun!

Özünüzü, sözün içində itirmədiyiniz müddətcə, həm sizi ifadə edən sözü, həm də “mən” olan sözünüzü dərk edə bilməyəcəksiniz. Öz­lə­rini itirənlərə eşq olsun!

İndi sizə ikinci dəfə deyirəm: anlayış sahibi ola bilməyiniz üçün dua edin! Müqəddəs anlayış qəlblərinizə girib “mən” dediyi zaman, Tan­­rının əbədi olan səmasında heç bir varlıq qalmaz və sizi heç bir sevinc təşviq etməz.

Bax o zaman, məhz ölüm əlinizdə ölümün öhdəsindən gələ bilə­cək bir silah halına gələr. Yenə o zaman həyat sizə geniş qəlbinin – qı­zıl sevginin – açarını bəxş edər.

O zaman gəlib çatacaqmı? – Mirdaddan soruşdu Mikayyun.

Zaman nə gələr, nə də gedər Mikayyun. Zaman nə ordadır, nə də burda. Sabah keçmişdə yaşayanların üstünə olmayacaqdır. Dünən də sabahın gəlişini gözləyən üçün bir ölümdür. “Mən” dediyin və bu­nunla da “Neruvenda”nı nəzərdə tutduğun zaman, hədəfinə ya­xın­laş­mış olarsan.

Şəmadim, bir xidmətçi olaraq Mirdadın mövqeyini vur­ğu­la­ya­raq:

Bu qədər müdrikliyin qazanları təmizləyərək və ətrafı sü­pü­rə­rək əldə edilə biləcəyini, doğrusu, mən düşünə bilmədim. – dedi.

Dünyadakı hər şey bir müdrik üçün hikmətlə doludur. Cahil insan isə, hikməti cəhalət halına gətirir.

Şübhə yoxdur ki, sənin kəskin bir dilin var. Çox qəribədir bu gü­nə qədər ona necə möhür vura bildin. Lakin sözlərin çətin anlaşılır.

Mənim sözlərim asandır, Şəmadim, lakin çətinlik sənin qulaq­la­rındadır. Eşidib hiss etməyənlərə, baxıb görməyənlərə “ey vah”lar olsun!

Mən hiss edilə biləcək hər şeyi eşidir, görülə biləcək hər şeyi də görürəm. Lakin, mən Mirdadı Şəmadimə bənzədən bu cəfəngiyatı, yə­ni xidmətçi ilə əfəndini eyni yerə qoyan bu şeyləri dinləmək is­tə­mi­rəm.





Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin