Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə80/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   76   77   78   79   80   81   82   83   ...   101
Uilyam Bleyk (1757-1827)



Ralf Emerson Uolt Uitmen

1803-1882 1819 – 1892

Bütün romantikləri insanın tapdanmış ləya­qə­ti uğ­run­da, onun mənəvi və ictimai azadlığı uğ­run­da mü­ba­ri­zə birləşdirir.

Aida İmanquliyeva

Qərb ədəbiyyatında əsən

Şərq küləyi

Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb ro­mantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, Emerson, Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq me­tod­ları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur. Lakin bir da­ha təkrar etmək istərdik ki, Aida xanımın rolu bu ədəbi proseslər haq­qında heç də sadəcə informasiya verməkdən ibarət deyildi. Aida xanım Qərb ədəbiyyatı tarixçisi də deyildi. Lakin onun tədqiqatı empirik sə­viyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyin­dən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi ki, nə­ti­cə­də Şərqdə və Qərbdə gedən ədəbi proseslərin ümumi tendensiyaları ta­pılıb üzə çıxarılırdı. Onun baxış spektri o dərəcədə zəngin idi ki, tək­cə ərəb ədəbiyyatı ilə məhdudlaşa bilməzdi. Buraya istər-istəməz müx­tə­lif coğrafi məkanlara aid olsalar da, eyni ideyanın və eyni xətti-hə­rə­kətin nümayəndələri və bayraqdarları olan fərqli şəxsiyyətlər daxil edil­məli idi. Məhz buna görə də, Aida xanımın baxış bucağında ərəb ədə­biyyatı ilə bərabər Amerika, Avropa və rus ədəbiyyatını da görmək müm­kündür. Bir tərəfdən Turgenyev, Çexov, Tolstoy, Dostoyevski ki­mi rus yazıçılarının ərəb məhcər ədəbiyyatına təsirindən bəhs edi­lər­kən bu yazıçıların öz dünyagörüşləri haqqında da məlumat verilir, di­gər tərəfdən onların başlıca ideyaları diqqət mərkəzinə çəkilir, söhbət ədə­bi şəxsiyyət müstəvisindən ideya müstəvisinə keçirilir. Bleyk, Bay­ron, Şelli, Emerson, Uitmen, Toro və s. bu kimi görkəmli Qərb şa­ir­lərinin timsalında isə Şərq poetik ruhunun Amerikada və Avropada ne­cə yaşadıldığı və qayıdıb yenidən Şərq ədəbi düşüncəsinə necə təsir et­diyi açılıb göstərilir.

Şərq poeziyası və ümumiyyətlə Şərq düşüncə tərzi üçün sə­ciy­yə­vi olan fikrin rəmzlərlə ifadə olunması Qərb poeziyasının bir sıra gör­kəm­­li nümayəndələrində də müşahidə olunur. Düzdür, belə şairlər Qərb mühitində asanlıqla qəbul olunmur, amma zaman keçdikcə bu ya­­radıcılığın ümumbəşəri dəyəri özünü təsdiq edir. Görkəmli ingilis ro­­mantik şairi Uilyam Bleyk də uzun müddət Qərb ədəbi-tənqidi mü­hi­­tində müqavimətlə qarşılanmışdır. O, ancaq ölümündən sonra böyük şöh­­rət qazanmışdır; o vaxt ki, artıq Şərq poetik ənənəsinin təsiri kifa­yət qədər güclənmiş və Avropada romantik poeziyanın tənətənəsi üçün mey­dan açılmışdır.

Bəli, U.Bleyk rəmzlərlə danışır. Məsələn:



Xeyir – cənnətdir, şər – cəhənnəm.1

Doğurdan da, cənnət və cəhənnəmi ancaq hansı isə fərqli bir mə­kan­da axtarmaqdansa, yaşadığı­mız mə­­­ka­nın ruhani qatını iki yerə ayır­maq­la onların hər ikisini canlı həyatla vir­tual əlaqə şəklində təsəv­vür etmək olar.

Eyni dünyada, hətta eyni mü­hit­də yaşayanlardan birinin cənnət­də, di­gərinin cəhənnəmdə olduğunu ne­cə tə­səvvür etmək olar? Bleyk «Cən­nət­lə cəhənnəmin izdivacı» əsə­rin­də yazır: «Axmağın və müd­ri­kin gör­dükləri eyni bir ağac başqa-baş­qa­dır».2 Doğurdan da, dünyanın ey­ni olması şərt deyil, əsas məsələ in­san­ların fərqli olmasıdır. İçində xə­bislik olan, hər şeydə nöqsan ax­ta­ran, həmişə narazı qalan insan üçün dün­ya necə cənnətə çevrilsin? Se­çi­mi insan özü edir. İçində Al­lah nuru olan, insanları sevən, təbiətin, həyatın gözəlliklərini gör­mək iqti­da­rın­da olan insan üçün dünya elə cənnət kimi görünəcək, cən­nətə çevrilə­cək­dir.

Sanki insanın içində potensial imkan şəklində həm iblisin, həm də mələyin bərqərar olması mümkündür. Qəlbində mələyin məskən sal­dığı insan üçün iblis qorxulu deyil.

M.Nüaymə «Qovğa» şeirində yazır:



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin