Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə88/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   84   85   86   87   88   89   90   91   ...   101
U.Uitmendən seçmələr


«Müasir Amerikada poeziya»

məqaləsindən

Şekspir – gələcək», 1881.

Nə qədər təəccüblü olsa da, xalqın ən ali meyarı poeziya hesab edi­­lir. Onun varlığı, yaxud yoxluğu – hər ikisi eyni dərəcədə əhə­miy­yət­lidir. Bu yeganə, həm də zəruri meyar qızıl gülün və ya su zan­ba­ğı­nın saplağında açılmış çiçək kimi, ağacın (çox qamətli gövdəsi və ya bu­daqları olsa belə) dəymiş meyvəsi – alma və ya ərik kimidir. Heç bir öl­kəni, Amerika Respublikasını da, o cümlədən, orada möh­tə­şəm, özü­nə­məxsus poeziyanın çiçəkləri açmayana qədər böyük ad­lan­dır­maq ol­maz. Heç bir təqlid, saxtalıq onları əvəz edə bilməz.

Düzdür, göründüyü kimi, Yeni Dünyanın müasir vəziyyətinə və gə­ləcək yollarına uyğun estetik meyarların hansı olması barədə ümumi bir təsəvvür yoxdur, belə meyarlara hələ ümumi bir tələbat da yoxdur və bəlkə də onlar hələ heç kimi düşündürmür. Lakin mən əminəm ki, bizim ölkənin yüksək sənətdə öz inkaredilməz ustadları olmayana qə­dər, o, siyasi, coğrafi, iqtisadi, hətta intellektual sahədə ən gözəl nai­liy­yətlərə sahib olsa belə, yenə də inkişaf etmiş və işgüzar, ancaq tam və ya qismən ruhdan məhrum bir bədən (lap beyin) olaraq qalacaq. Bu kə­dərli həqiqəti nə qədər rəngləsək də, ilk baxışda inandırıcı səslənən söz­lərlə, təkziblərlə, şərhlərlə maskalasaq da, diqqətli bir göz mütləq bu boşluğu, aşkar uçurumu görəcək. Çünki bizim Ştatların əsl mənası və məqsədi yalnız yeni siyasi sistem yaratmaq və milyonları maddi ne­mə­tlərlə təmin etmək deyil, həm də, daha vacibi, yeni elm və yeni za­man səviyyəsində yeni demokratik sosiologiya və bədii ədəbiyyat ya­rat­maqdır. Əgər bu sonuncu Birləşmiş Ştatlarda həyata keçməsə – ki, yal­nız bu, onları sıx birləşdirə bilər – onda, birincidən də bir xeyir ol­ma­yacaq.

Bizim şairlərin ən ciddi nöqsanı ruhi qorxaqlıq, reallıq hissinin və həqiqi vətənpərvərliyin olmaması, eyni zamanda, mənim bir za­ra­fat­cıl dostumun «gözəllik düşkünlüyü» adlandırdığı özünəməxsus es­te­tik xəstəlikdir. Şarl Bodler deyir: «Gözəllik və incəsənətə ifrat alu­də­çi­lik insanları vəhşi pozuntulara gətirir. Gözəllik hərisliyinə mübtəla ol­muş insanın həqiqət və ədalət hissi korşalır. Bu, xəstə ehtirasdır, es­te­tik naqislikdir və xərçəng kimi mənəvi təməlləri yeyir bitirir».

Əlbəttə, bizim çoxsaylı şeir yazanlarımız da bir növ xeyirli iş gö­rür­lər. Nümunə üçün uzağa getmək lazım deyil. Yüksək təbəqənin top­laş­dığı hər yerdə dilli-dilavər, bacarıqdan məhrum olmayan insan­cıq­lar həmişə tapılır («cəmiyyət» onlarsız sadəcə ötüşə bilməz). Onlar mü­əyyən işlər üçün çox əlverişlidirlər – bir içki hazırlamaq, sınmış ey­nəkləri təmir etmək, soyutma balığınmı, yoxsa ağ şərabınmı masaya bi­rinci verilməsini həll etmək, xanım A.B.-nin qonaq otağında mo­nar­xın, yəhudinin, aşiqin, Pekin, Prosperonun, Kalibanın və s. zəruri çe­şid­lərin də olduğu canlı şəkillərin sərgisini düzəltmək – bir sözlə, öz ki­çik istedadını yaxınının xidmətinə həsr etmək üçün. Ancaq həqiqi böhran, böyük bədbəxtliklər və iri qarışıqlıqlar zamanı – fiziki və ya mənəvi – belə insanlar tamamilə yararsızdırlar.

Ümumi qəbul olunmuş anlama görə, şair nə isə kişi cinsli bir hu­ri­dir. O, oxuyur və ya royalda incə pyeslər çalır, başqalarının xa­ti­rə­lə­ri ilə bölüşür və ya gec saatlara qədər dəbli ətirlərlə dolu otaqlarda in­sanları əyləndirir. Mən xatırlamıram ki, son 10 ildə mətbuatda heç ol­ma­sa bir dəfə sadə, sağlam, gümrah ruhlu şeirlər çap olunsun. Bu ya­xınlarda üç dənə aylıq dərgilərin yeni saylarında bizim aparıcı şair­lə­rin şeirləri nəşr olunmuşdu. Bunların hamısında əsas mövzu (həm də tam ciddi bir təqdimatla) qismətinə varlı deyil, kasıb ər çıxan cavan gö­zəl qadının acı taleyi idi!
Poeziyanın sahəsi həmişə zahiri dünya deyil, daxili aləm olacaq, mak­rokosm deyil, mikrokosm; Təbiət deyil, İnsan. Mən hələ o zəru­rət­dən danışmadım ki, bizdə böyük nəğməkarlar ordusu olmalıdır ki, bü­tün ölkə qarşısında əbədi, sağlamlaşdırıcı nümunələri yüksəyə qaldır­sın­lar, acgözlüklə, ədalətsizliklə, tükənməz xainliklə və tiranlığın bütün növ­ləri ilə cəsarətlə mübarizəyə qalxsınlar. (Məncə, bütün digər mə­sə­lə­lərdə müəyyən inkişaf səviyyəsinə nail olan ölkədə birinci dərəcəli şair­lərin borcu bu olmalıdır; başqa zamanlarda və başqa şəraitlərdə qə­dim yəhudi dini müğənnilər, romalı Yuvenal, Qədim Hindistanın xa­nən­dələri, britaniya druidləri də bunu etmişdirlər.) Həqiqi nəhəng şai­rin borcu artıq Amerikanın üzərini almış qorxunc təhlükəyə qarşı çıx­maq­dır. Bu təhlükə – siyasətdə davamlı satqınlıq, əslində mum və mas­ka­lardan ibarət olan bizim tərifli dinimizdir, ümumilikdə isə yer üzün­də yarana biləcək ən iyrənc, ziyanlı bir şeydir: böyük, müxtəlif cinsli, pu­lun çoxluğundan, maldan, işgüzar avan­türalardan piylənmiş, in­tel­lek­tual baxımdan inkişaf etsə də, dünyada bütün pullardan və in­tel­lek­tual dəyərlərdən daha vacib olan sağlam mənəvi və estetik təməllərdən ta­mamilə məhrum olan bir cəmiyyətdir.

Doğurdanmı, bu, yalnız mənim arzumdur ki, gələcəkdə bizim Qərbdə, şərqdə, cənubda və şimalda belə nəhəng, təmkinli şairlərin bir ordusu yaransın. Fərqli, ancaq ruhən bərabər. Yalnız ən mükəmməl şairlərin deyil, həm də yeni, İudeylərdəkindən daha böyük, daha atəşli böyük peyğəmbərlərin ordusu ki, bu şərlə müharibəyə qalxsın və işıq zülməti yaran kimi onu yarıb keçsin.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin