Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə90/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   86   87   88   89   90   91   92   93   ...   101
Qocanın cavabı
Ədəbiyyat sahəsində, ona ən yüksək meyarlarla yanaşsaq (bir oxu­muş və çox təcrübəli bir ədəbiyyatçı yenicə çıxmış bir yazışında be­lə deyir), «atanın səltənəti bitib, oğulun səltənəti bitmək üzrədir və ru­hun səltənəti gəlir». Bu sözlərin mənasını anlamağı oxucunun öz öhdə­si­nə buraxıb, mən qarışıq şəkildə olsa da, ingilis tənqidçisinin mənim həm həqiqi, həm də onun güman etdiyi görüşlərim və məqsədlərim haq­qında sözlərini (onlar əsasən poeziya sənətinə aiddir) başa düş­dü­yüm kimi izah etməyə çalışacam. Mən ona cavab verməyə, yaxud ona öz kitablarımın məqsədlərini izah etməyə başlasam, bunu birbaşa yox, do­layısı ilə, yardımçı qeydlər vasitəsilə edəcəm. Əlbəttə bu qeydlər sırf şəx­si xarakterlidir. Nə qədər olmasa da, bəzən mənim deyingən eqo­iz­mim boylanacaq, mızıldanmalar üzə çıxacaq – axı məni bütün böyük ta­nınmış jurnalistlər inkar ediblər və etməkdədirlər. Özüm artıq yetmiş iki ilin yükünü daşıyıram ki, bunun son 18 ilini ifliclə məhv olun­mu­şam.

Heç bir böyük poemanı, heç bir ədəbiyyat və ya incəsənət əsərini mü­əllifin dövrünü, siyasi görüşlərini (varlığını, yaxud yoxluğunu) və məq­sədlərini, onun zahirini və onun arxasında gizlənən ruhunu, eyni za­manda bu əsəri yaradan və ona forma verən həmin vaxtların həyat şə­raitini nəzərə almadan dəyərləndirmək olmaz. Bibliya himnləri öz za­manının ruhunu əks etdirir. Homerin, Dantenin, Şekspirin, köhnə şot­land və irland balladaları, Ossian və Ömər Xəyyamın yaradıcılığı da belə. Beləcə, üzərində uzun illər işlədiyim «Otun yarpaqları»nı ya­rat­mağı düşünəndə, mən elə bil ki, ancaq öz hisslərimi ifadə edirdim, ə­slində isə onlarda xüsusi bir qüvvə ilə reallıq, XIX əsrin ruhu, dü­şün­cə­lər, real həyat, şəxsiyyətin çox tərəfliliyi, Amerika, Vətəndaş müha­ri­bə­si, demokratik qüvvələrin ona düşmən olan hər şeylə mübarizədə nai­liyyətləri əks olunmuşdu. Şübhəsiz ki, mənim şeirlərim (uzun illər ər­zində yaranacaq minlərlə şeirlərin bir hissəsi) həyatın gerçək şə­raitinə işıq salır, ancaq «demokratik incəsənət» hələ bu tezlikdə öz la­yiqli ifadəsini və formasını tapa bilməyəcək – əgər bu, ümumiyyətlə mümkündürsə.

İndi isə mən çoxlarının vacib hesab etdiyi bir şey haqqında mü­ba­hisə etmək istəyirəm – incəsənət problemi haqqında. Mənə də xeyirli olan belə bir müşahidə etmişəm: bütün müasir şairlər, kiçik istisnalar ol­maqla, öz vaxtlarını bütünlüklə, ya da çox qismini təmtəraqlı qa­fi­yə­lə­rə, qəribə söz birləşmələrinə ayırırlar, onlar paltarın parçası və üst-ba­şı, bər-bəzəyinin, hazırcavablığının, üsul və ustalığın qayğısına da­ha çox qalırlar. Bütün bu ikinci dərəcəli şeylər bizim günlərdə ön pla­na keçir. Halbuki Təbiət açıq-aşkar bizə zamanı yetişəndə qəti və dön­məz şəkildə bir məqsədə irəliləməyi öyrədir, zahiri görkəmin, tənqidin qay­ğısını çəkmədən – qoy, bunlar öz-özünə getsin. Mən nəinki üslub, for­ma, ədəbi üsullar məsələsinə diqqət ayırmışam, boynuma alım ki, on­lara qarşı bir az laqeyd olmuşam, bəzən hətta onlara ikrah hiss et­mi­şəm. Mən onlardan «neqativ xeyir»dən başqa heç nə tələb et­mə­mi­şəm, yəni onlar mənim məqsədim olmayıb, heç bir şəraitdə mənə ma­ne­çilik törətməsinlər və mənim yaradıcılığıma sahib olmasınlar.

Mənim ədəbi yaradıcılığımın lap əvvəlindən məni kəskin, bəzən hət­ta kobud və amansızca tənqid edib. Mən isə tənqidi dinləməkdən imtina etməmişəm. (Belə ki, mənim bir üstünlüyüm olub: mən şeir­lə­ri­mi özümün əsas yeganə prinsipimə sadiq qalaraq yaratmışam; ancaq mə­nim işlərimdə uzunmüddətli fasilələr olub, bəzən 5-6 il, həm mü­ha­ri­bə zamanı, həm də sülh şəraitində). İngilis Reskin məni ciddi və qor­xunc bir şeydə günahlandırır: mənim şeirlərim yumor hissindən məh­rum­dur. Bir dərin düşüncəli alman tənqidçi ondan narazıdır ki, ümumi qə­bul olunan zərif dünya poeziyası ilə müqayisədə mənim şeirlərim so­yuq­dur, sərtdir, onlarda ekzotika, parlaqlıq, süjet və mövzu ardıcıllığı yox­dur. (Mənim kitabım əslində avtobioqrafikdir. Bəlkə mən kvaker (pro­testant sektası– tərc.) əsilli olduğuma görə səthi ehtiraslara görə boş hay-küy qaldırmaq həvəsim də yoxdur). E.-K. Stedmen də məndən çox narazıdır ki, sadə xalqı «kütlədə» tərənnüm edəndə qəhrəmanlığı, se­çilmişlərin, ali təhsilli kəslərin, état-major yüksək mənəviyyatını və xoş məramlarını kifayət qədər dəyərləndir­mi­rəm. Mən doğurdan da, es­tetika və əxlaq sahəsində demokratik kütlədən, Birləşmiş Ştatların «göv­dəsindən» ciddi nailiyyətlər gözləmişəm və hələ də gözləyirəm. Baş­qa heç nə istəməmişəm və razı qalmamışam. Əgər Amerikaya yal­nız nümunələr, dəb və başqa dövlətlərin kiçik meyarları lazımdırsa, əgər o, état-majorun hökmranlığı ilə razılaşırsa, onda o, mənim qəbul et­diyim ölkə deyil və mən bu gün o nəticəyə gəlməliyəm ki, mənim bü­tün ədəbi yaradıcılığım və ədəbi nəzəriyyələrim mənasız imiş və özlərini doğrultmadılar. Vicdanla desək, müasir poeziya nümunələri­nin əksəriyyəti böyük və ya kiçik qənd parçalarıdır, yaxud dadlı şirin tor­tun tikələridir – hətta qurmanlar da bu ifrat şirinlikdən doyurlar. Bu, belə bir nəticəyə gətirir: böyük qəhrəmanlıq poeziyası olması üçün bi­zə qəhrəman oxucular lazımdır – auditoriya qəhrəmanlığa susamış olmalıdır.

Bizdə nə isə oxşar bir şey varmı?

Əsas şeyi unutmaq olmaz və bu fikri dəfələrlə təkrarlamaq la­zımdır: saysız maddi nemətlər, siyasi azadlıq, nəhəng torpaq sahələri, «biznesin» və istehsalatın görünməmiş inkişafı, hətta bulaq kimi qay­na­yan intellekt və «mədəniyət» də bizim respublikanı bəşəriyyətin və ta­rixin önünə qoymayacaq, onu «demokratik incəsənət» sahəsində yük­sək nailiyyətlərə, heç zirvəsini demirəm, gətirməyəcək. Yalnız yük­sək mənəvi, ruhani və qəhrəman surətlərin – başında qüdrətli və gözəl Po­e­ziya olmaqla dünyanın nə vaxtsa görə bildiyi möhtəşəm milli Ədə­biy­yatın – yaradılması (həm də geniş miqyasda) bizə bu məqsədə çat­ma­ğa imkan verəcək. Müasir orijinal kosmik poema kimi belə bir əsər ya­ratmaq mümkündürsə, onda Amerikanın ona ehtiyacı var və ona layiqdir.

Mənim fikrimə görə, bizim günlərimizdə (bunu qəbul etmək nə qə­dər acı olsa da) sivil millətlərin ədəbiyyat, incəsənt, din və s. sa­hə­sin­də qürur duyduqları hər şey, onların qəbul olunmuş xadimlərinin hə­yata keçirdikləri hər şey həm ədəbiyyatın, həm incəsənətin, həm də dinin tam inkişafına mane olur və gələcək məhsul üçün heç bir zəmin hazırlamır. Mən çoxdan belə bir qənaətə gəlmişəm ki, Yeni Dünya üçün gözəllik haqqında təsəvvürlərimiz (yunanlardan miras aldığımız, Şek­spirə ötürülən və sonra təhrif olunan) köklü surətdə dəyişdirilməli və yenilənməlidir ki, müasir məqsədlərə və daha yüksək tələblərə ca­vab verə bilsin. Əgər bu belədirsə, onda nailiyyətlərin zamanı gələcək, ye­niliyi öz içindən gələcək, üzvi, yerli koloritlə dolu olacaq, özü­nün­kü­lə­şəcək və bizim gözəllik haqqında anlayışlarımız bundan çıxacaq (unut­maq olmaz ki, xətlər və rənglər gözəldir, amma insan surətindən yük­sək heç nə yoxdur).

Mən öz qocalıq çərənçiliyimlə elə çox danışdım ki, əsas və əhə­miy­yətli prinsipin izahına yer saxlamadım, yəni incəsənət vahiddir, o, dar sahə ilə məhdudlaşmır, o, bütün dövrləri, həyatın bütün tərəflərini əha­tə edir. O, yalnız aristokratik və ya yalnız demokratik ola bilməz, elə­­cə də yalnız şərqə, yaxud yalnız qərbə aid ola bilməz. Mən incə­sə­nə­ti yaxşı bir mətbəə şriftlərinin dəstinə bənzədərdim ki, burada hər hərf ey­ni dərəcədə lazımdır. Ya da bir vaxtlar mənə: «Mənim üçün fər­qi yox­dur, fermerlər mənim yanıma hardan gəlir, təki yaxşı buğda və ya­x­şı arpa gətirsinlər», – deyən qoca hollandiyalı dəyirmançıya bən­zə­dər­dim.

Hərflərin dəsti həmişə bu və ya digər dərəcədə eynidir. De­mo­kra­tik incəsənət demokratik inkişafın, parlaq, həqiqi milli özünə­məx­sus­luğun və həmin səhifəni yığan kəsin inamının nəticəsidir.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin