Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə69/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   65   66   67   68   69   70   71   72   ...   101
Mən bunları düşündüyüm zaman, birdən rahib gəldi və mənə, il­lərin izini daşıyan, saralmış bir kətan parçasına bükülü bir kitab verdi.

Mənim vəzifəmi artıq sən icra edəcəksən. Kitab bu gün sənin əlin­də bir əmanətdir. Əmanətə sahib çıx. Mənim ikinci vaxtım yaxın­laş­dı. Həbsxanamın qapıları daxil olmağım üçün məni gözləyir. Həbs­xa­nada nə qədər qalacağımı Mirdaddan başqa heç kəs bilmir. Bir müd­dət sonra Şəmadim yaddaşlardan silinəcək. Nə qədər böyük bir iz­ti­­rabdır bu! Mirdadın hafizəsi hər şeyi bildiyi halda, mənə nə olub ki, mən belə danışıram. Kim Mirdadın hafizəsində yaşasa, əbədiyyətə qə­dər yaşamış olacaq.



Bu söhbətdən sonra uzun müddət susdu. Sonra rahib başını qal­dır­dı və yaşlı gözlərlə mənə baxdı. Güclə eşidə biləcəyim, çox sakit bir səslə:

Yaxında dünyaya dönəcəksən. Lakin çılpaq! Dünya isə çıl­paq­lıq­dan nifrət edir. Çünki dünya ruhunu da pozulmuş geyimlərlə örtür. Mə­nə gəldikdə isə; mənim vücudumun bunda sonra paltara ehtiyacı yox­dur. Çılpaqlığını örtməyin üçün paltarlarımı çıxarıb mağaraya gi­rə­­cəyəm. Halbuki bilirəm, Şəmadimin paltarları Şəmadimdən baş­qa­sı­na uyğun gəlməyəcək.



Rahibin mənə dediklərinə bir kəlmə belə izahat vermədən qəbul et­dim. Beləcə o, onun dediklərini qəbul etdiyimi anladı və mağaraya gir­di. Mən girişin yanında ayaq üstündə durdum. Sonra birdən əlim­də­ki kitaba diqqət etdim və üstündəki örtünü açdım. Kitabın gözəl sarı rən­ginin hakim olduğu ceyran dərisindən olan səhifələrini çevirməyə baş­ladım. O dəqiqə səhifələrdə itdim. Təsadüfi çevirdiyim səhifələri bö­yük maraqla oxumağa başladım. Rahib soyunduğu paltarlarını ge­yin­məm üçün mənə səslənəcək deyə mağaranın girişində gözləyirdim, bir tərəfdən də kitabı oxuyurdum. Dəqiqələr sürətlə keçdi, lakin ra­hib­dən səs gəlmədi.

Nəhayət gözlərimi kitabdan ayırdım və mağaraya tərəf baxdım. Ma­ğaranın ortasında rahibin paltarlarını gördüm. Lakin rahibi görə bil­mədim. Bir neçə dəfə səsləndim. Hər dəfə səsimi biraz daha yük­səlt­dim. Amma yenə də cavab gəlmirdi. Çox narahat oldum. Rahibin mə­nim durduğum girişdən başqa çıxacaq yeri olmadığı üçün ürkmüşdüm. Çün­ki başqa çıxışın olmadığından əmindim. Artıq nə deyəcəyimi və mə­ni bürüyən qəribə düşüncələrdən necə qurtulacağımı bilmirdim. Yox­sa o, sadəcə bir kölgəydi? Lakin ətinə və sümüyünə ətimlə, sümü­yüm­lə toxunmuşdum. Kitab da hələ əlimdədir! Paltarları da ma­ğa­ra­nın içindədir! Bəlkə paltarlarının altında halsız vəziyyətdədir?

Mağaraya girdim və paltarlarını əlimlə tək-tək qaldırdım. Necə də ağılsızam! Çünki bu qədər paltar kapitanın bədənini örtməyə ki­fa­yət etməzdi. Bəlkə də mənə hiss etdirmədən və çuxura düşmədən sirli bir şəkildə mağaradan çıxmışdı.

Birdən ağlıma bir şey gəldi və o dəqiqə bayıra qaçdım. Çuxurun kənarında duran bir daşla üz-üzə gəldim. Mıx kimi yerə yapışdım. Çünki bu daş bir az əvvəl burada yox idi. Bir an daşı düşündüm. Yerə yatmış vəhşi bir heyvan kimi görünürdü. Lakin onun başı insan başına bənzəyirdi. Görünüşü kobud və sərt idi. Ən çox diqqətimi onun geniş və uzun alnı, güclü bir şəkildə bir-birinə bağlanmış çənə sümükləri, san­ki qorxunc səssizlik möhrü ilə möhürlənmiş dodaqları və şimala doğru baxan bomboş solğun gözləri çəkdi.
Bu kitab yaşına görə ən kiçik və digərlərinə nəzərən ən az dəyərə sahib

yoldaşı Neruvendanın yazdığı halı ilə Mirdadın kitabıdır.

Dəniz fənəri və liman, zəfəri istəyənlər üçündür.

Zəfəri istəməyən onlardan uzaq olsun!



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin