Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə89/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   85   86   87   88   89   90   91   92   ...   101
Emersonun kitabları

(onların kölgəli tərəfləri)


Bizim Təbiət adlandırdığımız sahənin zirvələri ölçüyə gəlməz, çöl­ləri və dərinlikləri sonsuzdur. Bura ona təsir edən bütün mənəvi-emo­sional faktorlarla bərabər insanı bir də sosial-tarixi hadisə kimi da­xil edirik. Ədəbiyyat bu sahənin həqiqətdə olduğu kimi yalnız çox ki­çik bir hissəsini təsvir edir (bu gün mən belə düşündüm). Hətta ədə­biy­ya­tı bütün əsrlər boyu olan həcmində götürsək belə. Ən yaxşı halda o bizə sahilsiz bir dəryanın düz sahillərində vurnuxan gə­mi­cik­lə­rin kiçik do­nanması təsiri bağışlayar. Onlar heç vaxt Kolumb kimi xəritəsiz-fi­lan­sız Yeni Dünya axtarışlarına çıxmağa və planetimizin ətrafında tam bir dövrə vurmağa ürək eləmirlər. Belə ürəkli ideyaların atmosferi Emer­sona yad deyil və onun kitablarının bəzi yerlərində həm okeanın, həm də okeanın özünün ab-havası duyulur. Bu kitablar hər hansı bir baş­qa yazıçının kitablarından daha çox bilavasitə bizim əsrimizə, bi­zim amerikan gerçəkliyinə üz tutur. Ancaq mən onların üzərindəki za­hi­ri pərdəni bir az qaldırmaqdan başlayacam. Yeri gəlmişkən, mən onun görüşlərinin bütün dərinliyini duymağı bacarıram. Mən onun ki­tablarını demokratik və qərb nöqteyi nəzərdən şərh edəcəm. Mən bu gü­nəş şüaları səpələnmiş çöllərin kölgələrini qeyd edəcəm. Birisi qəh­rə­man ruhlar haqqında demişdir: «Yüksək zirvələrin olduğu yerdə də­rə­lər və dərin uçurumlar qaçılmazdır». Mənim işim nankorluqdur: mən göylərə ucalan zirvələr, günəş səpələnmiş çöllər barədə susub, yalnız çılpaq səhralar və qaranlıq kölgələr barədə danışmaq istəyirəm. Mən əminəm ki, heç bir birinci dərəcəli rəssam, heç bir böyük sənət əsəri bunlarsız ötüşə bilməz.

Əvvəla, Emersonun səhifələri, belə deyək, çox yaxşı, çox qatıdır. (Axı yaxşı yağ da, yaxşı qənd də əla şeydir, ancaq ömrü boyu qənd və yağdan, ən yüksək keyfiyyətli olsa belə, başqa şey yeməmək!) Müəllif da­im sərbəstlikdən, vəhşilikdən, sadəlikdən, ruhun sərbəst ifadə olun­ma­sından danışır, amma hər sətiri üç-dörd yad qavrayışlardan bir dü­zül­müş süni professorluq incəlikləri, alimlik mərasimçiliyi üzərində qu­rulub. O, buna mədəniyyət deyir. Bu, onun üzərində durduğu bü­növ­rə­dir. O, öz kitablarını düzəldir, quraşdırır, onda heç nə öz-özünə bö­yü­mür. Bu, kiçik çini heykəlciklər, fiqurlardır: şir, maral, qırmızı dərili ov­çu fiquru – incə işli zərif fiqurlar. Onları elə qoyasan mərmər rəf­lə­rə, ya da kabinetdəki, qonaq otağındakı qırmızı taxtadan düzəldilmiş tax­çalara! Heyvanın fiquru, özü yox, heyvan ovçusunun fiquru, özü yox. Bir də, əsl ovçu, əsl heyvan kimə lazımdır ki! Pərdələrin, sancaq-mun­cuqların, masaüstü lampaların, astadan incəsənət, Lonqfello və Ro­bert Brauninq barədə danışan centlmenlərin və xanımların ara­sın­da əsl heyvanın nə işi var? Onlara sadəcə işarə etsən ki, bu, əsl öküz­dür, əsl qırmızı dərilidir, Təbiətin həqiqi hadisəsidir, – bütün bu meh­ri­ban insanlar dəhşət içində hərəsi bir tərəfə qaçmağa üz tutacaq.

Emerson, məncə, öz bacarıqlarını heç də rəssam, şair, müəllim ki­mi üzə çıxartmır. Halbuki, burada da onun xidmətləri az deyil. Onun əsas gücü tənqid, ədəbi təhlildir. Onu idarə edən ehtiras, mübtəlalıq, zəif­lik, fantaziya, hər hansı bir ideyaya sadiqlik, yanılma deyil. Onu ida­rə edən soyuq və rəngsiz intellektdir. (Mən bilirəm ki, bütün Yeni İn­gil­tərəlilər kimi, onun da içində, haralardasa gizlində qaynar mə­həb­bətin, eqoizmin sönməz odu yanır. Ancaq bu od soyuq və laqeyd gör­kəmin arxasında baxışlardan gizlənib və özünü heç cür göstərmir). Emerson heç vaxt mübtəla, birtərəfli olmur (adətən bütün şairlər, hər hal­da ən yaxşıları məhz belə olur). O, hər tərəfə baxır, hamının halına ya­nır. Onun əsərlərinin təsiri ilə siz əvvəl-axır heç bir şeyə səcdə et­mə­yə­cəksiniz, özünüzdən başqa heç nəyə inanmayacaqsınız. Bu kitablar si­zin həyatınızın bir dövrünü, sizin mənəvi inkişafınızın bir mərhələsini doldurur – həm də gözəl doldurur. Bu baxımdan onlar olduqca xe­yir­li­dir (Emersonun cavanlıqda təbliğ etdiyi dini doqmalar kimi). Bu ki­tab­lar yalnız mərhələdir. Qocalığında, həyatınızın gərgin, yaxud təntənəli sa­atlarında və ya ölüm ayağında, ruhunuz sonsuz Təbiətin sakit­ləş­di­ri­ci və canlandırıcı təsirini, yaxud onun ədəbiyyatda və insanlarda ini­kasının həsrətini çəkəndə, nə qədər iti olsa da, quru olan ağıldan üz dön­dərəndə, bu kitablar sizə heç lazım olmayacaq.

Filosofluq üçün Emerson çox zərifdir. O, rəssamdan ədəbli, incə tərzlər tələb edir. O, sanki bilmir ki, bizim tərzlərimiz metallurqun və ya kimyaçının metalları bir-birindən fərqləndirdiyi zahiri keyfiy­yət­lər­dir. Yaxşı kimyaçı üçün bütün metallar eyni dərəcədə yaxşıdır, çünki do­ğurdan da belədir. Üzdən gedən, kütlənin düşüncələrini bölüşən bi­ri­si isə qızıl və gümüşü digərlərindən yaxşı hesab edər. Həqiqi rəssam üçün də pis tərz hesab edilən şeylər bəzən daha dəyərli və mənzərəli görünə bilər. Təsəvvür edin ki, Emersonun kitabları bizim canımıza, qa­nımıza işləyib, amerikan ruhunun təməlinə, qidasına çevrilib. Biz ne­cə də sığallanmış, qrammatik baxımdan düzgün, ancaq köməksiz və ifa­dəsiz adam olardıq. Yox, yox, əziz dost! Ştatlara alim lazım olsa da, ola bilsin, onlara həm tez-tez vanna qəbul edən, bərkdən gülməyən, danışıqlarında səhv buraxmayan centlmen və xanımlar da lazımdır. Amma əgər biz hamımız bir nəfər kimi qalan hər şeyi itirərək, belə pro­fessorlara, centlmenlərə və xanımlara çevrilsəydik bu dəhşət olar­dı. Ştatlara əla işgüzar və sosial əlaqələr, əla fermerlər, dənizçilər, us­ta­lar, xidmətçilər, əla atalar və analar lazımdır. Belələri çox olsa yax­şı­dır – qoçaq, sağlam, xeyirxah, vətənpərvər. Qoy, onların xəbəri müb­tə­dası ilə uzlaşmasın, gülüşləri silahdan açılan atəş kimi partlasın! Əl­bət­tə, Amerika üçün bu azdır. Amma əsas lazım olan şey budur, həm də çoxlu sayda. Həm də deyəsən, Amerika qorxunc səhvlərə və düz yol­dan sapmalarına baxmayaraq intuisiya ilə, şüursur olaraq, əl ha­va­sı­na, məhz bu məqsədə doğru gedir. Nə isə xüsusi (Avropadakı kimi) if­rat incə, cilalanmış insanlar (bütün insanlıqdan təcrid olunmuş) özü- öz­lüyündə pis şey deyil, amma Birləşmiş Ştatlar üçün bu, uyğun deyil. Bu, bizim amerikan ideyasının məhvi, real ölümüdür. Bundan başqa, Bir­ləşmiş Ştatlar əsas avropa millətlərinin keçmişlərdə və indi ya­rat­dı­ğı xüsusi, spesifik təbəqə ilə öz möhtəşəmliyi və mənəvi zərifliyi ilə ya­rı­şa və ya heç olmazsa müqayisə oluna biləcək bir təbəqə yaratmaq qüdrətində deyil. Yox, Amerikanın məqsədi bu deyil. Məqsəd ilk dəfə dün­ya tarixində, Yerin nəhəng və müxtəlif məkanlarında – qərbdə, şərq­də, şimalda, cənubda – böyük, çoxqəbiləli həqiqi Xalq ya­rat­maq­dır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilər­dən iba­rət Xalq – bax, Amerika bunun naminə yaşayır. Reallaşarsa, bu, həm (bəlkə də son vaxtlar ikiqat şəkildə) müvafiq sosial təlimlərin, ədə­­biyyatın, incəsənətin – əgər onlar bizdə nə vaxtsa yaranarsa, – həm də bizim demokratik siyasətin nəticəsi olar.

Bəzən mənə elə gəlirdi ki, Emerson çətin ki, poeziyanın, sözün ən ali mənasında, – Bibliyanın, Homerin, Şekspirin poeziyasının – nə ol­du­ğunu anlayır, hiss edir. Mahiyyətcə, onun xoşuna daha çox ci­la­lan­mış söz birləşmələri və ya nə isə qədim yaxud qəribə misralar gəlir, mə­­sələn Uollerin: «Sən, gözəl gül!» yaxud Lovlesin «Lukastaya» şeiri, köh­­nə fransız şairlərinin və s.-lərin gülməli qəribəliklər. Əlbəttə, o, gü­cə heyrandır, lakin öz heyranlığını centlmen kimi bildirir və qəlbinin də­­rinliyində belə güman edir ki, Allahın və şairlərin bu möhtəşəm key­fiy­­yəti həmişə oktavalara, incə üsullara, səslərin və sözlərin zərif səs­lən­məsinə tabe olmalıdır.

Yadıma düşəndə ki, mən nə vaxtsa, çox illər əvvəl, bir çox gənc ki­mi Emersonun təsir dairəsində olmuşam (bu, səthi və son dövrlər ol­sa belə), onun kitablarını heyranlıqla oxumuşam, mətbuatda ona «Mü­əl­lim» deyə müraciət etmişəm və bir aya yaxın inanmışam ki, mən hə­qi­­qətən də onun tələbəsiyəm – mən heç bir xoş olmayan hiss ke­çir­mi­rəm, əksinə, bundan razıyam. Mən gördüm ki, odlu düşüncəsi olan ək­sər cavanlar mütləq mənəvi gimnastikanın bu mərhələsini keçirlər.

Emerson doktrininin əsas üstünlüyü ondadır ki, o, onu məhv edən nəhəng yetişdirir. Onun hər səhifəsində eşidilir: «Kim yalnız tə­ləbə və davamçı olmaq istəyər?». Heç vaxt öz tələbələrinə müstəqil yol­la getmək üçün belə sonsuz azadlıq verən müəllim olmayıb. Bu mə­sələdə o, əsl təkamülçüdür.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin