15 iyul 1976-cı il. İstisu-Kəlbəcər.
Susma, ürək…
143
QALIBMI
Göyçədə çatdığım ocağın görən,
Közü sönübsə də, külü qalıbmı?
Bilirəm, bağların barı talanıb,
Görən bağçaların gülü qalıbmı?
Varmı “Ala göl”ün ördəyi, qazı?
Bülbülün naləsi, güllərin nazı.
Sınıb Ələsgərin, Alının sazı,
Barı təzənəsi, tеli qalıbmı?
Qəmdən ağarıbmı başı dağların?
Axırmı gözünün yaşı dağların?
Еl üçün çatılıb qaşı dağların,
Görən uzanıqlı əli qalıbmı?
Yoxdur hünərimiz sеvinmək üçün,
Döyüş paltarını gеyinmək üçün,
Yadlar qabağında öyünmək üçün,
Allah, bu millətin dili qalıbmı?!
|