Susma, ürək…
139
Ulu Vətən: – Azərbaycan, ey şəhidlər anası,
Sənə Kəbə, – qiblə oldu bu şəhidlər dünyası.
Eşit, Allah! – qoy yapılsın burda haqqın nidası,
Qitələrdə məskən salan hər müsəlman ağlayır,
Dili bağlı, qəlbi para Azərbaycan ağlayır.
GÖYÇƏ MƏNİM
Soruşursan – deyim, eşit –
Gör nəyimdi Göyçə mənim.
Əgər gözüm nurdan düşsə,
Eynəyimdi Göyçə mənim.
Öpmüşəm hər qarışını,
Hər dikini, hər qaşını.
Yalamışam hər daşını,
Çiynəyimdi Göyçə mənim.
Kəbə, qiblə, Həcc, ziyarət,
Könlümə təb verən qüdrət.
Qismət olsa son axirət,
Köynəyimdi Göyçə mənim.
Göyçə mənim nurlu günüm,
Göyçə qibləm, Göyçə yönüm.
Şiruyəyəm, ahım, ünüm,
Göynəyimdi Göyçə mənim.
1996-cı il.
|