Susma, ürək…
157
Göydə mələklər ağlar, kafər bu vaya gəlməz,
Kufə əhlilər kimi düz haqqı-saya gəlməz,
Haqq yanında bilirəm günahım saya gəlməz,
Axirət ümidimi bağlaram Hüseynimə.
Şiruyəyəm Haqq bilir, günahımı, cəbrimi,
Taki görüm ağamı bol eyləsin səbrimi,
Gen qazın, dolduracam göz yaşımla qəbrimi,
Mehdi zühurunatək ağlaram Hüseynimə.
Dostları ilə paylaş: