Sərraf Şiruyə
168
NƏ GÖZƏL
İlahi xəlq еdib öz qüdrətindən,
Təbiət nə gözəl, insan nə gözəl.
Hər kəlməsi şəriətə bağlanan,
İncil, Zəbur, Tövrat, Quran nə gözəl.
Oxumuşam şəriətdən min ayə,
Anlamışam bir bəndini min aya.
İbrahim oğlunu gətdi Minaya,
Tanrıdan qoç gəldi, qurban nə gözəl.
Kilsələr dağılıb, bütlər talanıb,
Kimi haqqa, kim nahaqqa calanıb,
İki mələk çiyinlərdə dolanıb,
Yazır xеyri, şəri pünhan nə gözəl.
Şiruyə, xaliqin bax dünyasına,
Həqiqət suyu ol, ax dünyasına,
Nahaqq dünyasından, haqq dünyasına,
Çəkir qəfləsini sarban nə gözəl.
|