Sərraf Şiruyə
170
OLSUN
Bir mən olum,
bir də mehri mələyim,
Laləli çəmənlər yatağım olsun.
İstəmirəm bu məclisə şam, çıraq
Ay doğsun, üstümdə çırağım olsun.
Tamaşa eyləyək yala, yamaca,
Bir bulaq başına enək astaca,
Nə köhlən istərəm, nə uçan xalça,
Zirvələrə qalxan ayağım olsun.
Yarın dil-dodağı mey olsun mənə,
Şəlalənin səsi ney olsun mənə.
Sevgilim kamalda tay olsun mənə,
Həyat yollarında dayağım olsun.
Dostları ilə paylaş: