Susma, ürək…
253
Yox-yox, gеt еy xəyal, uzaqlaş məndən,
Uzağam, uzağam mən sən dеyəndən.
Bir ildırım gücü istərəm səndən,
Yağının başına çaxılam, Allah!
2 dеkabr 2007-ci il.
GET ÖP
Mənim başdaşımı öpməyə gəlmə,
Həyatda saldığım izimdən get öp.
Mənim qəbrim üstə gül-çiçək səpmə,
Könüllər isidən közümdən get öp.
Qəbrimə daş qoyub, naxış düzəldən,
Qədrimi biləydin gərək əzəldən.
Dolu süfrəm qalıb şeir, qəzəldən,
Dadından, tamından, duzundan get öp.
Behsanə axıtma gözündən yaşı,
Sağikən axtarar sirdaş-sirdaşı.
Oxşayıb öpməynən cansız bir daşı,
Hər bir sətirimdən, sözümdən, get öp.
Dostları ilə paylaş: |