Susma, ürək…
69
Haramxor alçağa qardaş olmasam,
Bedasıl adamla sirdaş olmasam,
Nadanla, qanmazla yoldaş olmasam,
Yüz il də yaşasam yaram az olar.
Durma ətrafında bəd nəfəslərin,
Ayrıdı pərdəsi kobud səslərin.
Ay Sərraf Şiruyə, nadan kəslərin,
Əhdi, etibarı çox dayaz olar.
ÇƏKİLMİR
Dünya yaranandan haqqın karvanı,
Elə yoxuş qalxır, düzə çəkilmir.
Nahaqq meydan alır kor şeytan kimi,
Ocağa atılmır, közə çəkilmir.
Çay var, kükrəsə də suyu içilməz,
Sısqa var, damlası baldan seçilməz.
Elə günah var ki, ondan keçilməz,
Qan var, bağışlanır, üzə çəkilmir.
Gəl, dünya qəmindən, Şiruyə, əl çək,
Dünya başdan başa hikmətdi, gerçək.
Kömür də qaradı, ancaq sürmətək,
Nə qaşa, nə də ki gözə çəkilmir.
|