Susma, ürək…
71
Yaxşı-yamanına cavab görəcən,
Hər xoş əməlinə savab görəcən,
Od-atəş içində əzab görəcən,
Halallıq almamış məzara getmə.
Şiruyə, fanidə olduğun çağı,
Düzlüyə öyrət ki, əli-ayağı.
Tanrı qabağına başı aşağı,
Utanıb, qızara-qızara getmə.
GETSİN
Bəd qohumu, saxta dostu,
Bas kəsəyə, daşa getsin,
Qeyrətsizdən kənar dolan,
Pis arvadı boşa, getsin.
Zirvəsindən tanı dağı,
Dibdən köklə barsız bağı.
Cavanlığın qızıl çağı,
Qoyma vaxtsız qışa getsin.
Ay Şiruyə, bəsdir ünün,
Açılmamış yox düyünün.
Hər nədirsə ömrün-günün.
Xoş amalnan yaşa getsin.
Dostları ilə paylaş: |