Susma, ürək…
117
Düşmən həmləsini sındırmaq üçün,
Yağı yuvasını yandırmaq üçün,
Sənin bayrağını qaldırmaq üçün,
Hər səmtə, hər yerə mən getməliyəm!
Qoy qanım yolunda tökülsün yerə,
Qovuşum müqəddəs o şəhidlərə.
Ey Vətən, səninlə hər müjdələrə,
Hər aydın səhərə mən getməliyəm!
Dostları ilə paylaş: