Susma, ürək…
113
Eşit Şiruyəni, gör nə zamandı,
Pak əməl ən böyük haqdı, divandı!
İnsanın tənbəli boğaz heyvandı:
İstəməz ki, qalxsın yatdığı yerdən.
QOYMASAN
Könül, – harda olsa töhmətlənərsən,
Tamahını daş altına qoymasan.
Nə qədər püfləsən, yanmaz ocağın,
Quru közü yaş altına qoymasan.
Ara-axtar kеçmişləri yoxlayıb,
Babalar pak ada könül bağlayıb.
Namus itər, göz önündə saxlayıb,
Gecə-gündüz baş altına qoymasan.
Şiruyə, ləyaqət, ismət, qanacaq,
İnsana ən uca şöhrətdir ancaq.
Nə bilirsən kimə qismət olacaq,
Qazancını diş altında qoymasan.
Dostları ilə paylaş: