Sərraf Şiruyə
110
BİLMƏZ
Yüz yapalaq hayı, yüz qarğa qıyı,
Qartalı zirvədən qaldıra bilməz.
Yüz tülkü yığılsa ovlanmış ovu,
Pələngin əlindən saldıra bilməz.
Özünə bəy olar çaqqal dərədə,
Ulayar beyvədə, ötər beyvədə.
Qışqırtı, şapalaq, nə də ki hədə,
Bəbiri köpəyə yoldura bilməz.
Şiruyə, atalar deyib yüz kərə:
Xoruza sürtünür banlayan fərə.
Hər açılan meydan, çəkilən nərə,
Qələbə nəğməsi çaldıra bilməz.
Dostları ilə paylaş: