Sərraf Şiruyə
108
OLMAZ
Mərdə qurban olum vurar, qaldırar,
Zalımlıq eyləməz, amansız olmaz.
Yaxşı xatirinə pisə də qurban,
El-oba yaxşısız, yamansız olmaz.
Bağ öz bağlığını barda göstərər,
Əsl dost özünü darda göstərər,
Hünərdə, qeyrətdə, arda göstərər,
Mərd igid ilqarsız, peymansız olmaz.
Şöhrət duyulmayıb hər ucalıqda,
Aqillik axtarma hər qocalıqda,
Qəfəsdə bülbül də, torda balıq da,
Şiruyə, ümidsiz, gümansız olmaz.
Dostları ilə paylaş: |