Sərraf Şiruyə
106
OLAR
Atalar, babalar gözəl deyibdi:
Axmağın ağılı gözündə olar.
Qabil insanların, mərd insanların,
Qəlbinin hökmü sözündə olar.
Düz olmaz niyyəti qəlbi pislərin,
Keçmə tərəfinə bəd xəbislərin.
Hatəmlik, səxalıq, comərd kəslərin,
Halal çörəyində, duzunda olar.
Məna axtar Şiruyənin sözündə,
Ürəyinin əksi durur üzündə.
İstilik axtarma söyüd közündə,
İstilik palıdın közündə olar.
HƏYATDAN
Kimi şərbət dadır, kimi bal əmir,
Kimi ağı, zəhər içir həyatdan.
Kimi dərdə düçar, qəmə giriftar,
Kimi də səadət “biçir” həyatdan.
Kimi bir əhlidil ürək axtarır,
Kimi səhərinə gərək axtarır,
Kimi axşamına çörək axtarır,
Kimi altun, sərvət seçir həyatdan.
|