1967-ci il.
Susma, ürək…
103
DEYİB
Möhtərəm babalar, ulu ərənlər:
“Kişi tüpürdüyün yalamaz” deyib.
Ömrün, günün sonluğunu düşünən,
Yamanlıq ocağı qalamaz deyib.
Hörmətlə dinməli dinəndə insan,
Ağır enməlidi enəndə insan,
Şahlıq köhləninə minəndə insan,
Əl açıb dörd yanı talamaz deyib.
Nəsihət deyilmi xeyir ilə şər,
Bəs niyə düşünmür, Şiruyə, bəşər?
Özünə boy verib hər ər oğlu, ər,
Özgəsinə meydan sulamaz deyib.
ÖMÜR VAR Kİ
Ömür var ki, doğan günəş, yanar nur,
Ömür var ki, ölümdən də betərdi.
Bir ömür ki, oldu elə gərəksiz,
Ömür kimi sayılmağı hədərdi.
Ömür var ki, zəhmət dolu get-gəliş,
Həyat yolu gah yoxuşdu, gah eniş.
Ömür var ki, hər anı bir yüksəliş,
Ömür var ki, günü yüz il qədərdi.
|