Sərraf Şiruyə
122
Düşmən üstündə zəfər neçə ki, çalmamışıq,
Düşmən qoluna buxov neçə ki, salmamışıq.
Düşməndən bu qisası neçə ki, almamışıq,
Bizlərə töhmət, ləkə, bizlərə ar günüdü!
Sil getsin camalından qəhər Azərbaycanın,
Qalib bayrağı qalxsın səhər Azərbaycanın,
Torpağının zərrəsi gövhər Azərbaycanın,
Görsünlər şöhrətinin dünyaya car günüdü!
Dostları ilə paylaş: