Susma, ürək…
123
MƏNİM
Doğulduğum Göyçə – o el, o oba,
Könlümə doğmadı özümdən mənim,
Qarabağı
doğma ana bilirəm,
Göyçə inciməsin sözümdən mənim.
Belə yaranmışam körpəliyimdən,
Əməlim ayrılmaz saf niyyətimdən,
Elə sadəyəm ki, sadəliyimdən,
Ürəyim oxunar üzümdən mənim.
Könlümə doğmadı çöl də,
çəmən də
Vəfalı dilbərim, küsməynən sən də,
İncinin
qiyməti incidi məndə,
Dür, gövhər yayınmaz gözümdən mənim.
Dostları ilə paylaş: