1990-cı il, Bakı.
Susma, ürək…
137
AZƏRBAYCAN
Başın üstdən yaman yellər əsdi yenə, Azərbaycan,
Yollarını yağı düşmən kəsdi yenə, Azərbaycan,
Ərgən-ərgən igidlərin sinəsini sipər etdi.
Qanlarını gözlərindən qusdu yenə, Azərbaycan.
Başın üstdən yaman yellər əsdi yenə, Azərbaycan.
Öz gülləmiz özümüzün köksümüzü al-qan etdi,
Mərd oğulun, mərd qızların canı sənə qurban etdi,
Bu günahsız axan qanı dost bildiyin düşmən etdi,
Aylarımız, illərimiz nəsdi yenə, Azərbaycan,
Başın üstdən yaman yellər əsdi yenə, Azərbaycan.
Şəhidlərin qəbirləri ürəklərdə qazılıbdı,
Amalları, əməlləri hər ömürə yazılıbdı.
Mərd, mübariz övladların elə bilmə azalıbdı,
Hər yan sənə can söyləyən səsdi yenə, Azərbaycan,
Başın üstdən yaman, yellər əsdi yenə, Azərbaycan.
Bu nə Qacar qırğınıydı, nə kor Hitler, nə Teymurləng,
Meydan tanklı, yollar toplu, yerlər alov, göylər fişəng,
Atəşlərin zərbəsindən xoş arzulu, gözəl, qəşəng.
Minlər ilə qız-gəlinin susdu yenə, Azərbaycan,
Başın üstdən yaman yellər əsdi yenə, Azərbaycan.
Şiruyəyəm, düşmənlərə baş endirib, boy vermədik,
Zalımlığa, qəddarlığa müti olub, hay vermədik,
Sərvətindən pay umanlar pay istədi, pay vermədik,
Hiylə qurdu, böhtan atdı, küsdü yenə, Azərbaycan,
Başın üstdən yaman yellər əsdi yenə, Azərbaycan.
1992-ci il.
|