Susma, ürək…
135
GÖYÇƏ
Haqqım yoxdur bir daha sənə ana deməyə,
Bilirəm ki, yanında dilim gödəkdi, Göyçə.
Daha nə cəsarətim, nə də istedadım var,
Çaldığım da yalançı zurna, tütəkdi, Göyçə.
Səndə yadigar qalıb öycüklərim, daşlarım,
Çəmənində, düzündə güllü al qumaşlarım.
İnan bir bu sözümə
– sən üçün göz yaşlarım,
Göllənsə ləpələri ətək-ətəkdi, Göyçə.
Şair oğlun həsrətdən xəstə düşüb, can verir,
Minbir dastan bağlayıb, vəsfini hər yan verir,
Dilim “Göyçə” deyəndə, yaralarım qan verir,
Həsrətindən ürəyim pətək-pətəkdi, Göyçə.
Sənin həsrətin ilə dəliyəm, divanəyəm,
Sən yanar bir şamsansa, mən sənə pərvanəyəm,
Düşünmə istəyinə ögeyəm, biganəyəm,
Ürəyimdə surətin solmaz çiçəkdi, Göyçə.
Şiruyəyəm, damarda çağlayan saf qanım var,
Yerdə qanun yoxdursa, göydə haqq-divanım var,
Ömrümün son anında ümidim, gümanım var,
Yanağım yanağına söykənəcəkdi, Göyçə.
Dostları ilə paylaş: