|
Sərraf Şiruyə
28
ALIR
Deyirlər adamdan Allah alanda,
Əvvəlcə ağlını, huşunu alır.
Sonra da bədənin şahı sayılan,
Ağıl, kamal dolu başını alır.
Şöləli şamını qəfil söndürür,
Acı söylətdirir, acı dindirir.
Şahların başına qapaz endirir,
Şahlıq üzüyünün qaşını alır.
Şiruyə, qəm salır yanaqlarına,
Şeytan sözü verir dodaqlarına.
Kar edir, səs qıymır qulaqlarına,
Gözdən gözlərinin yaşını alır.
NƏ VAR Kİ
Vay o günə namərd ola düşmənin,
Mərd düşmənlə çəkişməyə nə var ki?!
Qanmazdan dad-aman, qanan insanla,
Didişməyə, bərkişməyə nə var ki?!
Dosta pay çıx gözlərinin yaşından,
Pay çıxmaynan torpağından, daşından.
Vay halına qılınc enə başından,
Ox-kamandan ötüşməyə nə var ki?!
|
|
|