Sərraf Şiruyə
34
HİKMƏTDİ, HİKMƏT
Qanmaz ağlayarsa, fərqinə varma,
Qanan ağlayarsa, dəhşətdi, dəhşət.
Qanmazın gülməyi mənasız heçdi,
Qanan qəh-qəh çəksə hikmətdi, hikmət.
Çiydi çiy danışan, yaxına qoyma.
Aqilə, arifə yox özgə ayma.
Qanmaz baş əysə də hörmətdən sayma,
Qananın salamı hörmətdi, hörmət.
Şiruyə, haqsızı çağır düz yola,
Bəlkə sözlərindən nəsihət ala.
Qanmazın susmağı inanma ola,
Qananın susmağı ismətdi, ismət.
ATALAR
Cahil mal, ağıllı kamal,
Axtarar – deyib atalar.
Əyilməyən güc, qüvvəti,
Söz ilə əyib atalar.
Kim olsa elin gərəyi,
Ona veriblər ürəyi.
Süfrələrdən duz-çörəyi,
Düz kəsib, yeyib atalar.
|