Susma, ürək…
33
VAR
Gərək düşünəsən dərindən dərin,
Zirvəyə qalxmağın enməsi də var.
Yanan bir məşəlin, odun, ocağın,
Axırda kül olub sönməsi də var.
Yüz fitnə feli var xal bildiyinin,
Dəyib ötməsi var kal bildiyinin,
O dilsiz, ağızsız lal bildiyinin,
Üzə qabarması, dinməsi də var.
Az şeydən başlayır işin əsası,
Söz-sözü gətirir, qisas qisası.
Sevincin kədəri, şadlığın yası,
Taleyin tərsinə dönməsi də var.
Axırı puçluqdu hər zərli taxtın,
Ömrünü şöhrətə nahaqdan yaxdın.
Tənəzzül qoynunda inləyən baxtın,
Tərəqqi atına minməsi də var.
Şiruyə, yarıdan keçibdi yaşın,
Bu qədər havalı gəzməsin başın.
Çox da bel bağlama, yarın, yoldaşın,
Əhdindən, eşqindən dönməsi də var.
|