Sərraf Şiruyə
42
İNDİ
Payız еrkən gəlib, dağlar dirəkdi,
Duman nənni asıb dərədən indi.
Qayada təklənmiş kəkliklərə bax,
Xoruz ayrı düşüb fərədən indi.
Gеcələr uzanıb, gün gödəlibdir,
Göyün yanaqları pərdələnibdir.
Sərçələr еvlərə qonaq gəlibdir,
Gərəkdir səpəsən yеrə dən indi.
Xamalar çalxanıb yağa dönübdü,
Yarpaqlar saralıb ağa dönübdü.
Dağ kəli dağlarda dağa dönübdü,
Zirvələr diksinir nərədən indi.
Köçür obaları göy yaylaqların,
Qartal, gözətçisi qalır dağların.
Qızıl tarlaların, barlı bağların,
Ayrı tələbi var hərədən indi.
Donur bulaqların gözünün yaşı,
Dönüb xatirəyə hər ocaq daşı.
İnsan təbiətin olub sirdaşı,
Bir canlı çəkinmir bərədən indi.