Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə37/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   33   34   35   36   37   38   39   40   ...   260
 
KƏSİ 
 
Dəryaların suyu söndürə bilməz
Məhəbbət yanğısı yandıran kəsi. 
Günəşin istisi əridə bilməz, 
Nadanlıq şaxtası donduran kəsi. 
 
Bir insanın qəlbi, könlü paxılsa, 
Şöhrət tapmaz inan, dağa sıxılsa. 
Yıxa bilməz şahənşahlar yığılsa, 
Taleyi köhlənə mindirən kəsi. 
 
Vicdan ləkəsini göz yaşı silməz, 
Vətənçün yaradan yaşayar, ölməz. 
Aqillər də elə qandıra bilməz, 
Həyatın sınağı qandıran kəsi. 
 
Kəmhünər ad ala mahalda çətin
Arsızı bu dünya qocalda çətin
Şiruyə, el-oba ucalda çətin
Taleyin hökmü endirən kəsi. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin