Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə49/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   45   46   47   48   49   50   51   52   ...   260
Sərraf Şiruyə             
                           
                          
 
 
52 
 
İTİRDİK 
 
Zamanın təkanı bizə nə verdi? 
Var-dövlət qazandıq, ülfət itirdik. 
Göylərin qatına karvan göndərdik, 
Yerdə neçə-neçə nemət itirdik. 
 
Quru şüarlara əl-ayaq olduq, 
Özgələr yoluna bir mayaq olduq, 
Xətir-hörmət qoyduq, həm dayaq olduq, 
Havayı tər tökdük, zəhmət itirdik. 
 
Əslimizi, kökümüzü unutduq, 
Parçalandıq, təkimizi unutduq, 
Yolda qalan yükümüzü unutduq, 
Güc-qüvvə itirdik, vəhdət itirdik. 
 
Bağ əkdik, barını yeyə bilmədik, 
Əyirdik, toxuduq geyə bilmədik, 
Çəkindik, haqq sözü deyə bilmədik, 
Yaltaqlıq öyrəndik, cürət itirdik. 
 
Dünəni, sabahı yada salmadıq, 
Səvabı, günahı yada salmadıq, 
İmamı, Allahı yada salmadıq, 
Şəriət, təriqət, mərifət itirdik. 
 
Yetən üstümüzə kəsildi ağa, 
Verdik başımızı özgə qoltuğa, 
Uyduq yad adətə, döndük sırtığa, 
Abır-həya, ismət, qeyrət itirdik. 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin