Sərraf Şiruyə
78
QURBAN
“Paxıldan dost olmaz, nadandan aqil”,
Deyən ataların goruna qurban.
Min evlər yıxıbdı haramxor gözəl,
Halalın karına, koruna qurban.
Əzəldən belədir həyatın üzü:
Əyri-əyri gəzər, düz tapar düzü.
Tülkü toyuq qoymaz, qurd qoyun-quzu,
Ovçu bərəsinə, toruna qurban.
Şiruyənin sözü mənada təkdi,
Biçdi yaxşı-yaman, hər kim nə əkdi.
Qanmaz heyvərənin canı kötəkdi,
Vuran kimsənənin zoruna qurban.
ÇIXMASIN
Tərlan ov axtarır, Qızılquş şikar,
Xınalı kəkliklər daşa çıxmasın.
Zalım ovçu oxu qoyub kamana,
Marallar, ceyranlar qoşa çıxmasın.
Nə gözəl söyləyib gör müdrik ata:
“Yaraşıq, ziynətdi insan həyata”,
Aqili dərd tapar, igidi xəta,
Nəlayiq yol tapıb, başa çıxmasın.
|