Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə77/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   73   74   75   76   77   78   79   80   ...   260
    Bu səhifədəki naviqasiya:
  • OLMAZ
             
                           
                          Susma, ürək…
 
 
81 
Zalımlar yadına salmaz Allahı, 
Danəndə dağ bilər zərrə günahı. 
Xəsisin, acgözün artıq tamahı, 
Doqquzu ötsə də, onda göstərər. 
 
Tale tənəzzülə salar kimini
Tərəqqi qoynuna alar kimini
Vaxt ki çatdı, zalım əcəl hökmünü, 
Min şəkildə, min bir donda göstərər. 
 
Hər mənzilə köhlən sürməz Şiruyə, 
Yaxşı işi yaman görməz Şiruyə
Alçaqlara ağız verməz Şiruyə
Özünü, sözünü sonda göstərər. 
 
 
OLMAZ 
 
Darda, gendə sınanmamış kimsəyə, 
Etibar eyləyib sirr vermək olmaz. 
Aqillər qınayar, ariflər gülər
Misgər bazarına dürr vermək olmaz. 
 
Dostam deyənləri sınamaq gərək, 
İlqarsız kimsəni qınamaq gərək, 
Keçəl həmzələri tanımaq gərək, 
Ona Qırat nədir – Dür vermək olmaz. 
 
Şiruyə, zamanın bu bəhsəbəhsi, 
Azdırar yolundan şərəfsiz kəsi. 
Niyyəti çirkini, qədəmi nəsi, 
Çağırıb məclisə yer vermək olmaz. 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin