Susma, ürək…
83
Ürəyini bənd etməyə,
Ləblərini qənd etməyə,
Zülfünü kəmənd etməyə,
Mələk misal pərin ola.
Ay Şiruyə, al geyəsən,
Yaman gözə gəlməyəsən,
Bir deyənə beş deyəsən,
Arxada bir nərin ola.
QORUYUN
Gözəlin qənimi gözdü,
Gözəli gözdən qoruyun.
Əzrayılı yaman sözdü,
Qananı sözdən qoruyun.
Qəmi qovun çöhrələrdən,
Gülü üzün pöhrələrdən,
Nalayiqi süfrələrdən,
Çörəkdən, duzdan qoruyun.
Nə dərindi el hikməti,
Kamalda gəz səadəti.
Alovlanan məhəbbəti
Ürəyi buzdan qoruyun.
Şiruyəyəm, binamızı,
Ulu Vətən – anamızı.
Çiçəklənən dünyamızı,
Alovdan, közdən qoruyun.
|