Sərraf Şiruyə
118
GÖYÇƏ
Halallıq ver vidalaşaq,
Gözəl Göyçə, göyçək Göyçə.
Ay könlümün ilk sevgisi,
İlk dərdiyim çiçək Göyçə.
Səni dedim hər bir səsdə,
Çağlamırsan bu həvəsdə.
Qismət deyil, – son nəfəsdə,
Sularından içək, Göyçə.
Can təngiyir, susur dilim,
Danış, bir dərdini bilim.
Şiruyəyə – ustad, müəllim,
Ağsaqqal, ağbirçək Göyçə.
Dostları ilə paylaş: