Sərraf Şiruyə
210
DƏRD OLAR, DƏRD OLAR
Ürkütmə körpə ceyranı,
Çölə dərd olar, dərd olar.
Təhlükə qovar sonanı,
Gölə dərd olar, dərd olar.
Şanəni teldən ayırma,
Telləri beldən ayırma,
Bülbülü güldən ayırma,
Gülə dərd olar, dərd olar.
Sussa Şiruyənin səsi,
Kəsilsə candan nəfəsi.
Yadigar qalan kəlməsi,
Elə dərd olar, dərd olar.
KÜSÜM
Dost demişəm hər vəfasız gədəyə,
Günahkar özüməm, özümdən küsüm.
Yağlı tərifimdən, şirin dilimdən,
Könüllər oxşayan sözümdən küsüm.
Süfrə qədrin bilməz, süfrə salmayan,
Salamsız qalacaq salam almayan.
Nanəcib dostlara qənim olmayan,
Halal çörəyimdən, duzumdan küsüm.
|