Ayrılıq belə düşdü
171
Səхavətdə Hatəm оlub Başхanım,
Göyərçin dеyəndə titrəyir canım.
Xuramanla gеdib dinim, imanım,
Gülüstan tək dan ulduzu bəs hanı?
Arif olub Hacı oğlu Süleyman,
Həmid, Şəmil nakam getdi, ay aman!
Sarı Söyün ürəklərdə bir güman,
Balışın utancaq üzü bəs hanı?
Mehdi, Murtuz dilə gəlir yüz kərə,
Qəfəs Abbas od qalayıb Tərtərə.
Axırında bənzər olub sərsərə,
Adı çox anılır, özü bəs hanı?
Məhəmməd, Cavanşir, Rəşid, Müslüm,
1
Aşıq Firuddin tək şeyda bülbülüm.
Siz Qara Orucdan söz açın, bilim,
Şəmilin o huşyar gözü bəs hanı?
2
Kalvayı Süleyman və oğlu Hacı,
Xəlilin cəldlikdə olubdu tacı.
Məcidə taleyi baxıb qıyqacı,
3
Buz bağlayan dil-ağızı bəs hanı?
1
Müslümü ildırım vurmuşdu.
2
Əliyev Şəmil Hüseyn oğlu
3
Məcid Hacı Rəhim oğlu
|